SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyənin Şuşada Baş Konsulluğu açılarsa, bu, bütün dünyaya bir mesaj olacaq - Ərdoğan

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə - Sputnik Azərbaycan, 1920, 13.06.2023
Abunə olmaq
Ərdoğan deyib ki, Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəlmiş əlaqələri bütün sahələrdə inkişaf etdirməkdə qərarlıdırlar.
BAKI, 13 iyun — Sputnik. "Azərbaycanla münasibətlərimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşü zamanı deyib.
Onun sözlərinə görə, bu gün Türkiyə - Azərbaycan qardaşlığı dünyada qibtə ilə izlənilir:

"Bunun son nümunəsini Türkiyədə baş verən zəlzələ zamanı gördük. Çünki Azərbaycan dövləti və xalqı kədərimizi öz kədəri kimi qəbul etdi. Azərbaycan xilasediciləri dərhal zəlzələ bölgəsinə gəldi. Ürəyi Türkiyə ilə döyünən hər bir Azərbaycan vətəndaşına şəxsən öz və xalqım adından minnətdarlığımı bildirirəm. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq".

Türkiyə lideri bildirib ki, Türkiyənin Şuşada Baş Konsulluğunu istənilən zaman açmağa hazırdırlar: "Əgər Türkiyənin Şuşada Baş Konsulluğu açılarsa, əlbəttə, bu, Ermənistan başda olmaqla bütün dünyaya bir mesaj olacaq"
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0