https://sputnik.az/20230613/tramp-istenilen-halda-prezidentlik-ugrunda-mubarizeni-davam-etdirecek-455851974.html
Tramp istənilən halda prezidentlik uğrunda mübarizəni davam etdirəcək
Tramp istənilən halda prezidentlik uğrunda mübarizəni davam etdirəcək
Sputnik Azərbaycan
Respublikaçı eks-prezident heç vaxt təslim olmayacağını və heç vaxt məğlub olmayacağını vurğulayıb. 13.06.2023, Sputnik Azərbaycan
2023-06-13T22:57+0400
2023-06-13T22:57+0400
2023-06-13T22:57+0400
tramp
dünya xəbərləri
abş
https://cdnn1.img.sputnik.az/img/07e7/04/05/453404779_0:161:3068:1887_1920x0_80_0_0_b6272445381ab6d50c70640f00ea9836.jpg
BAKI, 13 iyun — Sputnik. ABŞ-ın sabiq Prezidenti Donald Tramp məxfi sənədlərlə düzgün davranmadığına görə təqsirli bilinsə belə, 2024-cü il seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb. Bu barədə "Politico" İnformasiya Agentliyi məlumat yayıb. "Mən heç vaxt getməyəcəyəm", - deyə siyasətçi öz tərəfdarlarına söz verib. Bu ifadəni təhdid kimi də qiymətləndirmək olar, lakin artıq düşmənlərə qarşı. Ağ Evin keçmiş rəhbərinə qarşı onun Mar-a-Laqodakı şəxsi iqamətgahında ələ keçirilən məxfi sənədlərlə düzgün davranmamaq, bu sənədləri geri qaytarmaqdan imtina etmək və istintaqı yanıltmaq cəhdi də daxil olmaqla bir sıra ittihamlar irəli sürülüb. Bu gün Tramp Mayamidə onun barəsində həbs-qətimkan tədbirinin seçiləcəyi məhkəmə qarşısına çıxarılmalıdır. Ekspertlər hesab edirlər ki, hakimiyyət siyasətçini çətin həbs etmək qərarına gəlsin, lakin hər şey ola bilər. Ancaq ABŞ-da prezidentliyə namizədin ittiham olunması və hətta məhkəmə tərəfindən təqsirinin tanınması onun seçki prosesində iştirakına davam etməsinə mane olmur. Baxmayaraq ki, bir çoxları Trampın həbsxana kamerasından seçkilərdə iştirak etməyəcəyinə ümid edir. Bu yaxınlarda ABŞ-ın sabiq Prezidenti Donald Tramp ölkənin hazırkı Prezident Co Baydeni Ağ Evdən qovacağını bildirib. Respublikaçı heç vaxt təslim olmayacağını və heç vaxt məğlub olmayacağını vurğulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/05/453404779_169:0:2900:2048_1920x0_80_0_0_da444dfab08cb645afece2136f960bed.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tramp, abş
Tramp istənilən halda prezidentlik uğrunda mübarizəni davam etdirəcək
Respublikaçı eks-prezident heç vaxt təslim olmayacağını və heç vaxt məğlub olmayacağını vurğulayıb.
BAKI, 13 iyun — Sputnik. ABŞ-ın sabiq Prezidenti Donald Tramp məxfi sənədlərlə düzgün davranmadığına görə təqsirli bilinsə belə, 2024-cü il seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb.
Bu barədə "Politico" İnformasiya Agentliyi məlumat yayıb.
"Mən heç vaxt getməyəcəyəm", - deyə siyasətçi öz tərəfdarlarına söz verib.
Bu ifadəni təhdid kimi də qiymətləndirmək olar, lakin artıq düşmənlərə qarşı.
Ağ Evin keçmiş rəhbərinə qarşı onun Mar-a-Laqodakı şəxsi iqamətgahında ələ keçirilən məxfi sənədlərlə düzgün davranmamaq, bu sənədləri geri qaytarmaqdan imtina etmək və istintaqı yanıltmaq cəhdi də daxil olmaqla bir sıra ittihamlar irəli sürülüb.
Bu gün Tramp Mayamidə onun barəsində həbs-qətimkan tədbirinin seçiləcəyi məhkəmə qarşısına çıxarılmalıdır. Ekspertlər hesab edirlər ki, hakimiyyət siyasətçini çətin həbs etmək qərarına gəlsin, lakin hər şey ola bilər.
Ancaq ABŞ-da prezidentliyə namizədin ittiham olunması və hətta məhkəmə tərəfindən təqsirinin tanınması onun seçki prosesində iştirakına davam etməsinə mane olmur. Baxmayaraq ki, bir çoxları Trampın həbsxana kamerasından seçkilərdə iştirak etməyəcəyinə ümid edir.
Bu yaxınlarda ABŞ-ın sabiq Prezidenti Donald Tramp ölkənin hazırkı Prezident Co Baydeni Ağ Evdən qovacağını bildirib. Respublikaçı heç vaxt təslim olmayacağını və heç vaxt məğlub olmayacağını vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.