DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Taxıl sazişi ətrafında vəziyyət mürəkkəbdir, Qərblə danışıqlar gedir

© AP Photo / Efrem LukatskyTaxıl
Taxıl  - Sputnik Azərbaycan, 1920, 13.06.2023
Abunə olmaq
Ankara və BMT sövdələşmənin şərtlərinin tam yerinə yetirilməməsi səbəbindən mexanizmin dayana biləcəyi risklərini anlayır.
BAKI, 13 iyun — Sputnik. Taxıl sazişinin uzadılması məsələsi ətrafında vəziyyət mürəkkəbdir, mexanizmin dayandırılması riskləri var. Ankara və BMT Rusiya kənd təsərrüfatı məhsullarının ixracını təşviq etmək üçün Qərb tərəfdaşları ilə işləyir və danışıqları davam etdirir. Bu barədə məlumatlı mənbə RİA Novosti-yə sövdələşmə üzrə danışıqların gedişi ilə bağlı danışıb.
Bazar ertəsi BMT-nin baş katibi Antonio Quterreş taxıl sazişinin mümkün ləğvindən narahat olduğunu bildirib.
Onun sözlərinə görə, Ankara və BMT sövdələşmənin şərtlərinin tam yerinə yetirilməməsi səbəbindən mexanizmin dayana biləcəyi risklərini anlayır.
2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan Qara Dəniz Taxıl Təşəbbüsü Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Gəmilərin hərəkətinin koordinasiyası İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilir. Rusiya Prezidenti Vladimir Putin ötən ilin sentyabrında qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini Afrikanın ehtiyacı olan ölkələrinə deyil, öz dövlətlərinə ixrac edir.
Taxıl təşəbbüsü paket sazişinin tərkib hissəsidir. İkinci hissə - üç il müddətinə nəzərdə tutulmuş Rusiya-BMT memorandumu - Rusiyanın ərzaq və gübrə ixracının qarşısının alınmasını, "Rosselxozbank"ın SWIFT-ə yenidən qoşulmasını, kənd təsərrüfatı texnikası, ehtiyat hissələri və xidmətlərin tədarükünün bərpasını nəzərdə tutur. Rəsmi Moskva qeyd edir ki, paket sazişinin bu hissəsi hələ də həyata keçirilməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0