https://sputnik.az/20230613/stoltenberq-svec-vilnus-sammitine-qeder-nato-ya-uzv-ola-biler-455848839.html
Stoltenberq: İsveç Vilnüs sammitinə qədər NATO-ya üzv ola bilər
Stoltenberq: İsveç Vilnüs sammitinə qədər NATO-ya üzv ola bilər
Sputnik Azərbaycan
NATO-nun baş katibi bildirib ki, ola bilsin gələn ay, iyulun 11-12-də NATO-nun Vilnüsdə keçiriləcək sammiti zamanı bu baş versin, lakin buna zəmanət verilmir. 13.06.2023, Sputnik Azərbaycan
2023-06-13T11:46+0400
2023-06-13T11:46+0400
2023-06-13T11:46+0400
yens stoltenberq
dünya xəbərləri
nato
isveç
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453238397_0:161:3070:1888_1920x0_80_0_0_e8cfaf07eda9f1f0d5c777318cb6b231.jpg
BAKI, 13 iyun — Sputnik. İsveç NATO-nun iyul ayında Litvanın paytaxtında keçiriləcək sammitinə qədər NATO-ya üzv ola bilər. Bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. "Mən əminəm ki, İsveç NATO-nun tamhüquqlu üzvü olacaq. Ola bilsin ki, bu, gələn ay, iyulun 11-12-də NATO-nun Vilnüsdə keçiriləcək sammiti zamanı baş versin, lakin mən buna zəmanət verə bilmərəm. İsveç uzun bir yol keçib, status qazanıb. Ona görə də, NATO-nun strukturuna getdikcə daha çox inteqrasiya olunub. Lakin bizim tam ratifikasiyaya ehtiyacımız var. Bunun baş tutması üçün bütün əlimizdən gələni edirik", - deyə Stoltenberq bildirib. Bundan əvvəl "Bloomberg" xəbər vermişdi ki, Ankara 14 iyunda keçiriləcək məsləhətləşmələrdə Stokholmun NATO-ya üzvlük ərizəsini çətin ki, təsdiq etsin. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat xidməti bildirib ki, Stokholmun NATO-ya üzvlük istiqamətində irəliləyişini müzakirə etmək üçün NATO, Finlandiya və İsveç arasında iyunun 14-də keçiriləcək görüş planları təsdiqlənib. Türkiyə İsveçin NATO-ya daxil olmasını əngəlləməkdə davam edir, xüsusən də bu ölkədən siyasi sığınacaq almış terrorizmdə ittiham olunan kürd fəalların ekstradisiyasını tələb edir. Stokholmda İsveçin NATO-ya qəbulunu təsdiqləmək üçün Ankaranın bütün şərtlərini yerinə yetirdiklərini iddia edirlər və konkret şəxslərin Türkiyəyə ekstradisiyası məsələsinə yalnız İsveç məhkəməsi qərar verməli olduğunu bildirirlər, çünki bu, İsveçrə hökumətinin səlahiyyətindən kənardır. Finlandiya və İsveç ötən ilin mayında Ukraynada baş verən hadisələr fonunda alyansa daxil olmaq üçün NATO-nun baş katibinə ərizələr təqdim ediblər. 2023-cü ilin əvvəlinə qədər İsveç və Finlandiyanın müraciətləri NATO-ya daxil olan 30 ölkədən 28-i tərəfindən ratifikasiya edilib, lakin Macarıstan və Türkiyə İsveçin müraciətinə Finlandiyadan ayrı baxmaq istəyiblər. Martın 31-nə keçən gecə Finlandiyanın NATO-ya müraciətinin alyansın bütün üzvləri tərəfindən ratifikasiyası başa çatıb. İsveçin müraciəti hələ Macarıstan və Türkiyə tərəfindən təsdiqlənməyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453238397_170:0:2901:2048_1920x0_80_0_0_7ce9d4d5c33759cea5dc89ac13ee5c31.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
yens stoltenberq, nato, isveç, türkiyə
yens stoltenberq, nato, isveç, türkiyə
Stoltenberq: İsveç Vilnüs sammitinə qədər NATO-ya üzv ola bilər
NATO-nun baş katibi bildirib ki, ola bilsin gələn ay, iyulun 11-12-də NATO-nun Vilnüsdə keçiriləcək sammiti zamanı bu baş versin, lakin buna zəmanət verilmir.
BAKI, 13 iyun — Sputnik. İsveç NATO-nun iyul ayında Litvanın paytaxtında keçiriləcək sammitinə qədər NATO-ya üzv ola bilər. Bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
"Mən əminəm ki, İsveç NATO-nun tamhüquqlu üzvü olacaq. Ola bilsin ki, bu, gələn ay, iyulun 11-12-də NATO-nun Vilnüsdə keçiriləcək sammiti zamanı baş versin, lakin mən buna zəmanət verə bilmərəm. İsveç uzun bir yol keçib, status qazanıb. Ona görə də, NATO-nun strukturuna getdikcə daha çox inteqrasiya olunub. Lakin bizim tam ratifikasiyaya ehtiyacımız var. Bunun baş tutması üçün bütün əlimizdən gələni edirik", - deyə Stoltenberq bildirib.
Bundan əvvəl "Bloomberg" xəbər vermişdi ki, Ankara 14 iyunda keçiriləcək məsləhətləşmələrdə Stokholmun NATO-ya üzvlük ərizəsini çətin ki, təsdiq etsin.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat xidməti bildirib ki, Stokholmun NATO-ya üzvlük istiqamətində irəliləyişini müzakirə etmək üçün NATO, Finlandiya və İsveç arasında iyunun 14-də keçiriləcək görüş planları təsdiqlənib.
Türkiyə İsveçin NATO-ya daxil olmasını əngəlləməkdə davam edir, xüsusən də bu ölkədən siyasi sığınacaq almış terrorizmdə ittiham olunan kürd fəalların ekstradisiyasını tələb edir. Stokholmda İsveçin NATO-ya qəbulunu təsdiqləmək üçün Ankaranın bütün şərtlərini yerinə yetirdiklərini iddia edirlər və konkret şəxslərin Türkiyəyə ekstradisiyası məsələsinə yalnız İsveç məhkəməsi qərar verməli olduğunu bildirirlər, çünki bu, İsveçrə hökumətinin səlahiyyətindən kənardır.
Finlandiya və İsveç ötən ilin mayında Ukraynada baş verən hadisələr fonunda alyansa daxil olmaq üçün NATO-nun baş katibinə ərizələr təqdim ediblər. 2023-cü ilin əvvəlinə qədər İsveç və Finlandiyanın müraciətləri NATO-ya daxil olan 30 ölkədən 28-i tərəfindən ratifikasiya edilib, lakin Macarıstan və Türkiyə İsveçin müraciətinə Finlandiyadan ayrı baxmaq istəyiblər. Martın 31-nə keçən gecə Finlandiyanın NATO-ya müraciətinin alyansın bütün üzvləri tərəfindən ratifikasiyası başa çatıb. İsveçin müraciəti hələ Macarıstan və Türkiyə tərəfindən təsdiqlənməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.