https://sputnik.az/20230613/rusiya-ve-ukrayna-sazisi-uzatmasa---almaniyali-nazirden-xeberdarliq-455840440.html
Rusiya və Ukrayna sazişi uzatmasa... - Almaniyalı nazirdən xəbərdarlıq
Rusiya və Ukrayna sazişi uzatmasa... - Almaniyalı nazirdən xəbərdarlıq
Sputnik Azərbaycan
Hazırkı şəraitdə Almaniyanın şimalında tikilməkdə olan LNG terminalı kimi qaz təchizatı mənbələri Şərqi Almaniya və Şərqi Avropa ölkələrinin enerji təminatında... 13.06.2023, Sputnik Azərbaycan
2023-06-13T10:00+0400
2023-06-13T10:00+0400
2023-06-13T10:00+0400
rusiya
neft-qaz
ukrayna
saziş
qaz
təchizat
təbii qaz təchizatı
qaz təchizatı
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1c/439680359_0:0:3309:1862_1920x0_80_0_0_f973d8508d86df7c84f2b79483532443.jpg
BAKI, 12 iyun — Sputnik. Rusiya Federasiyası və Ukrayna Rusiya qazının Ukrayna ərazisindən tranzitinə dair sazişi yeniləməsələr, Almaniya sənayesi öz gücünü azaltmalı ola bilər. Bunu Almaniyanın iqtisadiyyat naziri Robert Habek bildirib. İqtisadiyyat naziri Robert Habekin sözlərinə görə, Ukraynanın Rusiya ilə gələn ilin sonunda başa çatacaq qaz tranziti müqaviləsi uzadılmadığı təqdirdə Almaniya sənaye obyektlərini məhdudlaşdırmalı və ya hətta tamamilə ləğv etməli ola bilər. Bad-Zarovedə keçirilən iqtisadi konfransda çıxış edən Habek, Şərqi Avropaya qaz təchizatında fasilələr olacağı təqdirdə Almaniyanın öz qazını Şərqi Avropa istehlakçıları ilə bölüşməli olacağı və Almaniya sənayesinin qaz qıtlığı ilə üzləşə biləcəyini xatırladıb. "Hadisələrin inkişafı üçün təhlükəsiz ssenari yoxdur", - deyə Habek vurğulayıb. O qeyd edib ki, hazırkı şəraitdə Almaniyanın şimalında tikilməkdə olan LNG terminalı kimi qaz təchizatı mənbələri Şərqi Almaniya və Şərqi Avropa ölkələrinin enerji təminatında həlledici rol oynaya bilər. 2022-ci ildə qaz təchizatı ilə bağlı çətin vəziyyətə görə Aİ ölkələrinin hökumətləri, bəzi məlumatlara görə, şirkətlərə və Avropa İttifaqının vətəndaşlarına yardım üçün 646 milyard dollar göndərməli olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1c/439680359_0:0:2731:2048_1920x0_80_0_0_8cb38100b7432c665462cb19f1904fe5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, ukrayna, saziş, qaz, təchizat, təbii qaz təchizatı, qaz təchizatı
rusiya, ukrayna, saziş, qaz, təchizat, təbii qaz təchizatı, qaz təchizatı
Rusiya və Ukrayna sazişi uzatmasa... - Almaniyalı nazirdən xəbərdarlıq
Hazırkı şəraitdə Almaniyanın şimalında tikilməkdə olan LNG terminalı kimi qaz təchizatı mənbələri Şərqi Almaniya və Şərqi Avropa ölkələrinin enerji təminatında həlledici rol oynaya bilər.
BAKI, 12 iyun — Sputnik. Rusiya Federasiyası və Ukrayna Rusiya qazının Ukrayna ərazisindən tranzitinə dair sazişi yeniləməsələr, Almaniya sənayesi öz gücünü azaltmalı ola bilər. Bunu Almaniyanın iqtisadiyyat naziri Robert Habek bildirib.
İqtisadiyyat naziri Robert Habekin sözlərinə görə, Ukraynanın Rusiya ilə gələn ilin sonunda başa çatacaq qaz tranziti müqaviləsi uzadılmadığı təqdirdə Almaniya sənaye obyektlərini məhdudlaşdırmalı və ya hətta tamamilə ləğv etməli ola bilər.
Bad-Zarovedə keçirilən iqtisadi konfransda çıxış edən Habek, Şərqi Avropaya qaz təchizatında fasilələr olacağı təqdirdə Almaniyanın öz qazını Şərqi Avropa istehlakçıları ilə bölüşməli olacağı və Almaniya sənayesinin qaz qıtlığı ilə üzləşə biləcəyini xatırladıb.
"Hadisələrin inkişafı üçün təhlükəsiz ssenari yoxdur", - deyə Habek vurğulayıb.
O qeyd edib ki, hazırkı şəraitdə Almaniyanın şimalında tikilməkdə olan LNG terminalı kimi qaz təchizatı mənbələri Şərqi Almaniya və Şərqi Avropa ölkələrinin enerji təminatında həlledici rol oynaya bilər.
2022-ci ildə qaz təchizatı ilə bağlı çətin vəziyyətə görə Aİ ölkələrinin hökumətləri, bəzi məlumatlara görə, şirkətlərə və Avropa İttifaqının vətəndaşlarına yardım üçün 646 milyard dollar göndərməli olub.