https://sputnik.az/20230613/qarabag-elillerine-verilen-avtomobillere-yazilmis-cerimelerin-silinmesi-teklif-edilir-455851440.html
Qarabağ əlillərinə verilən avtomobillərə yazılmış cərimələrin silinməsi təklif edilir
Qarabağ əlillərinə verilən avtomobillərə yazılmış cərimələrin silinməsi təklif edilir
Sputnik Azərbaycan
Deputat bildirib ki, I və II Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən verilən avtomobillər əvvəlki illərdə texniki baxışdan keçirilmirdi və yazılan... 13.06.2023, Sputnik Azərbaycan
2023-06-13T21:00+0400
2023-06-13T21:00+0400
2023-06-13T21:00+0400
cərimə
cəmiyyət
əlillər
qarabağ müharibəsi əlilləri
https://cdnn1.img.sputnik.az/img/42361/88/423618893_0:0:1920:1080_1920x0_80_0_0_e6707cf291e4a90bb5e5e2a98a092fe1.jpg
BAKI, 13 iyun - Sputnik. I və II Qarabağ müharibəsi əlillərinə verilən avtomobillərə yazılmış cərimələrin silinməsi təklif edilir. Bu təkliflə Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentin növbədənkənar sessiyası çərçivəsində iyunun 13-də keçirilən plenar iclasında çıxış edib. O bildirib ki, I və II Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən verilən avtomobillər əvvəlki illərdə texniki baxışdan keçirilmirdi və yazılan cərimələr ödənilməyib: “İllər ərzində həmin cərimələr çoxalıb. Hətta bir müharibə əlilinin cəriməsi həmin vaxtdan bəri 67 min manata çatıb. Onların mütləq əksəriyyəti cərimələrlə bağlı gələn SMS-lərə fikir verməyiblər”. “Təbii ki, bütün bunlar heç kim məsuliyyətdən yayındırmır. İnzibati Xətalar Məcəlləsində cərimələrin 5 il müddət keçdikdən sonra qüvvədən düşməsi ilə bağlı qanun mövcuddur və işləkdir. Onlar sadəcə prosesin sürətlənməsini xahiş edirlər. Çünki cərimələr çox olduğu üçün bəziləri avtomobillərin nömrəsini çıxarıb idarə edirlər. Bu da qayda pozuntusudur. Xahiş edirlər ki, bu günə qədər olan cərimələrə amnistiya edilsin, bundan sonra hər hansı qayda pozuntusu baş verərsə, hər biri ödəniləcək“,- V.İskəndərov əlavə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42361/88/423618893_0:0:1708:1281_1920x0_80_0_0_69dd366ad180acf1806d44573226e25f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
cərimə, əlillər, qarabağ müharibəsi əlilləri
cərimə, əlillər, qarabağ müharibəsi əlilləri
Qarabağ əlillərinə verilən avtomobillərə yazılmış cərimələrin silinməsi təklif edilir
Deputat bildirib ki, I və II Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən verilən avtomobillər əvvəlki illərdə texniki baxışdan keçirilmirdi və yazılan cərimələr ödənilməyib.
BAKI, 13 iyun - Sputnik. I və II Qarabağ müharibəsi əlillərinə verilən avtomobillərə yazılmış cərimələrin silinməsi təklif edilir.
Bu təkliflə Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentin növbədənkənar sessiyası çərçivəsində iyunun 13-də keçirilən plenar iclasında çıxış edib.
O bildirib ki, I və II Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən verilən avtomobillər əvvəlki illərdə texniki baxışdan keçirilmirdi və yazılan cərimələr ödənilməyib: “İllər ərzində həmin cərimələr çoxalıb. Hətta bir müharibə əlilinin cəriməsi həmin vaxtdan bəri 67 min manata çatıb. Onların mütləq əksəriyyəti cərimələrlə bağlı gələn SMS-lərə fikir verməyiblər”.
“Təbii ki, bütün bunlar heç kim məsuliyyətdən yayındırmır. İnzibati Xətalar Məcəlləsində cərimələrin 5 il müddət keçdikdən sonra qüvvədən düşməsi ilə bağlı qanun mövcuddur və işləkdir. Onlar sadəcə prosesin sürətlənməsini xahiş edirlər. Çünki cərimələr çox olduğu üçün bəziləri avtomobillərin nömrəsini çıxarıb idarə edirlər. Bu da qayda pozuntusudur. Xahiş edirlər ki, bu günə qədər olan cərimələrə amnistiya edilsin, bundan sonra hər hansı qayda pozuntusu baş verərsə, hər biri ödəniləcək“,- V.İskəndərov əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.