https://sputnik.az/20230613/parlament-2023-cu-ilin-dovlet-budcesine-deyisikliyi-qebul-edib-455855162.html
Parlament 2023-cü ilin dövlət büdcəsinə dəyişikliyi qəbul edib
Parlament 2023-cü ilin dövlət büdcəsinə dəyişikliyi qəbul edib
Sputnik Azərbaycan
Tahir Mirkişili diqqətə çatdırıb ki, 2023-cü ildə beynəlxalq təşkilatlar tərəfindən yenilənmiş proqnozlara əsasən, əvvəlki ilə nisbətən iqtisadi artımın... 13.06.2023, Sputnik Azərbaycan
2023-06-13T12:55+0400
2023-06-13T12:55+0400
2023-06-13T13:03+0400
siyasət
büdcə
dövlət büdcəsi
https://cdnn1.img.sputnik.az/img/40798/28/407982801_0:0:2001:1125_1920x0_80_0_0_b34e8b55192629ebc6248faab00b2963.jpg
BAKI, 13 iyun - Sputnik. Milli Məclisdə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik müzakirə edilib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, qanun layihəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunub. O, qeyd edib ki, “Büdcə sistemi haqqında Qanunun” 23.7-ci maddəsinə əsasən dövlət büdcəsinə yenidən baxılarkən, onun gəlir və xərcləri üzrə məbləğinin büdcə gəlirləri təsnifatının, büdcə xərclərinin funksional, iqtisadi və inzibati təsnifatlarının paraqrafları səviyyəsində dəyişdirilməsi nəzərdə tutularsa, qanunvericilik təşəbbüsü qaydasında və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndi nəzərə alınmaqla qanunda göstərilmiş 8 sənəd Milli Məclisə təqdim edilib. Tahir Mirkişili diqqətə çatdırıb ki, 2023-cü ildə beynəlxalq təşkilatlar tərəfindən yenilənmiş proqnozlara əsasən, əvvəlki ilə nisbətən iqtisadi artımın zəifləyəcəyi gözlənilir. Belə ki, ilkin proqnozlarda qlobal iqtisadi artımın təxminən 2,5%-3,0% ətrafında olacağı gözlənilsə də, 2023-cü ildə dərc edilmiş hesabatlara əsasən, bu göstəricinin təxminən 2,0-2,5% ətrafında olacağı nəzərdə tutulur. Neft qiymətlərində azalma tendensiyasının müşahidə edilməsi beynəlxalq təşkilatların bu xammal üzrə proqnozlarına düzəliş etmələrini şərtləndirib. Belə ki, BVF-in məlumatlarına əsasən, 2023-cü ildə orta illik neft qiymətinin ilkin versiyada 85,5 ABŞ dolları olacağı güman edilsə də, cari ilin aprel hesabatına əsasən bu göstəricinin 73,1 ABŞ dolları olacağı proqnoz edilir. Dünya Bankı da neftin qiymətinə dair proqnozunu 4,0 ABŞ dolları azaldaraq, 88,0 ABŞ dollarına endirib. O, bildirib ki, 2023-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi qəbul olunarkən dövlət büdcəsi gəlirlərinin 30 774 milyon, xərclərinin 33 353.3 milyon, kəsirinin isə 2 579.3 milyon manat olacağı planlaşdırılıb. Eyni zamanda, 2023-ci ildə ÜDM-in real artım tempinin 2.7%, qeyri-neft-qaz ÜDM-nin real artım tempinin 4.5%, inflyasiyanın orta illik səviyyəsinin 6.9%, olacağı proqnozlaşdırılıb, dövlət büdcəsində hesablamalar neftin bir barelinin orta illik qiymətinin 50 ABŞ dolları səviyyəsinə uyğun həyata keçirilib. Komitə sədri bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında yaradılmış əlavə dəyərin 40 milyard manat, iqtisadi artım tempinin 0,1% təşkil etdiyini söyləyib. O, qeyd edib ki, 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılma zamanı təqdim edilmiş məlumatlarda ÜDM-in 111,6 milyard manatadək artırılması, iqtisadi artım tempinin isə 1,8%-ə endirilməsi nəzərdə tutulur. ÜDM-də nominal məbləğdə nəzərdə tutulan artımın həm neft-qaz, həm də qeyri-neft/qaz sektoru hesabına təmin olunacağı proqnozlaşdırılır. Belə ki, dürüstləşdirilmiş proqnozda ÜDM-də gözlənilən 5,6 milyard manat artımın 4,4 milyard manatının qeyri-neft/qaz, 1,2 milyard manatının isə neft-qaz sahələrindən formalaşacağı gözlənilir. Qeyri-neft-qaz sektorunda real artım proqnozu 2023-cü il üçün 4.5%-dən 4.9%-ə qədər artırılıb. Yenidən baxılan “Büdcə zərfi”ndə hesablamalar neftin bir barelinin orta illik qiymətinin 10 ABŞ dolları artırılaraq 60 ABŞ dolları səviyyəsinə uyğun həyata keçirilib. Bildirilib ki, 2023-cü ilin yanvar-aprel aylarında orta illik inflyasiya 13,5%-ə bərabər olub. Təqdim edilmiş məlumatlara əsasən, ilkin proqnozlar zamanı 2023-cü ildə orta illik inflyasiyanın 6,9% olacağı nəzərdə tutulsa da, yenidən baxılma zamanı bu göstəriciyə artım istiqamətində düzəlişlər edilib 10,4% olaraq dəqiqləşdirilib. Nəzərə çatdırılıb ki, cari ilin 4 ayı ərzində dövlət büdcəsi gəlirlərinin proqnoz və icra göstəriciləri arasında fərqlər müşahidə olunub. Dövlət Neft Fondundan transfert istisna olmaqla, dövlət büdcəsinin gəlirləri 4 ay ərzində proqnozdan 2 412.0 milyon manat artıq icra edilib. Artıq gəlirlərin 1.077 milyon manatını qeyri-neft gəlirləri, 1 315.0 milyon manatını isə neft gəlirləri təşkil edib. Komitə sədri bu dövr ərzində, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi, Böyük Qayıdışa dair Dövlət Proqramının icrası, dövlət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqi və digər zəruri xərclərlə bağlı dövlət büdcəsi qarşısında yeni maliyyələşmə tələbatının yarandığını deyib. Qeyd edib ki, mühüm dövlət vəzifələrinin icrası üçün dövlət büdcəsi qarşısında bu il əlavə olaraq 4338,4 milyon manat məbləğində maliyyə tələbatı yaranıb. Bildirilib ki, deyilənləri nəzərə alaraq, yenidən baxılan dövlət büdcəsinin gəlirlərinin 3 005.5 milyon manat artırılaraq 33 779.5 milyard manata, xərclərinin 3 215.5 milyon manat artırılaraq 36 568.8 milyon manata, kəsirin 210 milyon manat artırılaraq 2 789.3 milyard manata çatdırılması təklif olunur. 2023-cü il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin 25,4% olması proqnozlaşdırılıb. Komitə sədri Tahir Mirkişili öz çıxışında Prezident İlham Əliyevin Laçın şəhərinə səfərini və bu səfər çərçivəsində şəhərin ilk sakinlərinə yenidən tikilmiş və bərpa edilmiş evlərin açarlarının təqdim edilməsini mühüm tarixi hadisə kimi dəyərləndirib. O, regionda baş verən çağırışlar fonunda ölkənin müdafiə və təhlükəsizliyinin gücləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40798/28/407982801_104:0:1881:1333_1920x0_80_0_0_11fb05e8adbbe48b17d68d8dea87291a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
büdcə, dövlət büdcəsi
Parlament 2023-cü ilin dövlət büdcəsinə dəyişikliyi qəbul edib
12:55 13.06.2023 (Yenilənib: 13:03 13.06.2023) Tahir Mirkişili diqqətə çatdırıb ki, 2023-cü ildə beynəlxalq təşkilatlar tərəfindən yenilənmiş proqnozlara əsasən, əvvəlki ilə nisbətən iqtisadi artımın zəifləyəcəyi gözlənilir.
BAKI, 13 iyun - Sputnik. Milli Məclisdə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik müzakirə edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, qanun layihəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunub. O, qeyd edib ki, “Büdcə sistemi haqqında Qanunun” 23.7-ci maddəsinə əsasən dövlət büdcəsinə yenidən baxılarkən, onun gəlir və xərcləri üzrə məbləğinin büdcə gəlirləri təsnifatının, büdcə xərclərinin funksional, iqtisadi və inzibati təsnifatlarının paraqrafları səviyyəsində dəyişdirilməsi nəzərdə tutularsa, qanunvericilik təşəbbüsü qaydasında və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndi nəzərə alınmaqla qanunda göstərilmiş 8 sənəd Milli Məclisə təqdim edilib.
Tahir Mirkişili diqqətə çatdırıb ki, 2023-cü ildə beynəlxalq təşkilatlar tərəfindən yenilənmiş proqnozlara əsasən, əvvəlki ilə nisbətən iqtisadi artımın zəifləyəcəyi gözlənilir. Belə ki, ilkin proqnozlarda qlobal iqtisadi artımın təxminən 2,5%-3,0% ətrafında olacağı gözlənilsə də, 2023-cü ildə dərc edilmiş hesabatlara əsasən, bu göstəricinin təxminən 2,0-2,5% ətrafında olacağı nəzərdə tutulur. Neft qiymətlərində azalma tendensiyasının müşahidə edilməsi beynəlxalq təşkilatların bu xammal üzrə proqnozlarına düzəliş etmələrini şərtləndirib. Belə ki, BVF-in məlumatlarına əsasən, 2023-cü ildə orta illik neft qiymətinin ilkin versiyada 85,5 ABŞ dolları olacağı güman edilsə də, cari ilin aprel hesabatına əsasən bu göstəricinin 73,1 ABŞ dolları olacağı proqnoz edilir. Dünya Bankı da neftin qiymətinə dair proqnozunu 4,0 ABŞ dolları azaldaraq, 88,0 ABŞ dollarına endirib.
O, bildirib ki, 2023-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi qəbul olunarkən dövlət büdcəsi gəlirlərinin 30 774 milyon, xərclərinin 33 353.3 milyon, kəsirinin isə 2 579.3 milyon manat olacağı planlaşdırılıb. Eyni zamanda, 2023-ci ildə ÜDM-in real artım tempinin 2.7%, qeyri-neft-qaz ÜDM-nin real artım tempinin 4.5%, inflyasiyanın orta illik səviyyəsinin 6.9%, olacağı proqnozlaşdırılıb, dövlət büdcəsində hesablamalar neftin bir barelinin orta illik qiymətinin 50 ABŞ dolları səviyyəsinə uyğun həyata keçirilib.
Komitə sədri bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında yaradılmış əlavə dəyərin 40 milyard manat, iqtisadi artım tempinin 0,1% təşkil etdiyini söyləyib. O, qeyd edib ki, 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılma zamanı təqdim edilmiş məlumatlarda ÜDM-in 111,6 milyard manatadək artırılması, iqtisadi artım tempinin isə 1,8%-ə endirilməsi nəzərdə tutulur. ÜDM-də nominal məbləğdə nəzərdə tutulan artımın həm neft-qaz, həm də qeyri-neft/qaz sektoru hesabına təmin olunacağı proqnozlaşdırılır. Belə ki, dürüstləşdirilmiş proqnozda ÜDM-də gözlənilən 5,6 milyard manat artımın 4,4 milyard manatının qeyri-neft/qaz, 1,2 milyard manatının isə neft-qaz sahələrindən formalaşacağı gözlənilir. Qeyri-neft-qaz sektorunda real artım proqnozu 2023-cü il üçün 4.5%-dən 4.9%-ə qədər artırılıb. Yenidən baxılan “Büdcə zərfi”ndə hesablamalar neftin bir barelinin orta illik qiymətinin 10 ABŞ dolları artırılaraq 60 ABŞ dolları səviyyəsinə uyğun həyata keçirilib.
Bildirilib ki, 2023-cü ilin yanvar-aprel aylarında orta illik inflyasiya 13,5%-ə bərabər olub. Təqdim edilmiş məlumatlara əsasən, ilkin proqnozlar zamanı 2023-cü ildə orta illik inflyasiyanın 6,9% olacağı nəzərdə tutulsa da, yenidən baxılma zamanı bu göstəriciyə artım istiqamətində düzəlişlər edilib 10,4% olaraq dəqiqləşdirilib.
Nəzərə çatdırılıb ki, cari ilin 4 ayı ərzində dövlət büdcəsi gəlirlərinin proqnoz və icra göstəriciləri arasında fərqlər müşahidə olunub. Dövlət Neft Fondundan transfert istisna olmaqla, dövlət büdcəsinin gəlirləri 4 ay ərzində proqnozdan 2 412.0 milyon manat artıq icra edilib. Artıq gəlirlərin 1.077 milyon manatını qeyri-neft gəlirləri, 1 315.0 milyon manatını isə neft gəlirləri təşkil edib. Komitə sədri bu dövr ərzində, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi, Böyük Qayıdışa dair Dövlət Proqramının icrası, dövlət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqi və digər zəruri xərclərlə bağlı dövlət büdcəsi qarşısında yeni maliyyələşmə tələbatının yarandığını deyib. Qeyd edib ki, mühüm dövlət vəzifələrinin icrası üçün dövlət büdcəsi qarşısında bu il əlavə olaraq 4338,4 milyon manat məbləğində maliyyə tələbatı yaranıb.
Bildirilib ki, deyilənləri nəzərə alaraq, yenidən baxılan dövlət büdcəsinin gəlirlərinin 3 005.5 milyon manat artırılaraq 33 779.5 milyard manata, xərclərinin 3 215.5 milyon manat artırılaraq 36 568.8 milyon manata, kəsirin 210 milyon manat artırılaraq 2 789.3 milyard manata çatdırılması təklif olunur. 2023-cü il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin 25,4% olması proqnozlaşdırılıb.
Komitə sədri Tahir Mirkişili öz çıxışında Prezident İlham Əliyevin Laçın şəhərinə səfərini və bu səfər çərçivəsində şəhərin ilk sakinlərinə yenidən tikilmiş və bərpa edilmiş evlərin açarlarının təqdim edilməsini mühüm tarixi hadisə kimi dəyərləndirib. O, regionda baş verən çağırışlar fonunda ölkənin müdafiə və təhlükəsizliyinin gücləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.