https://sputnik.az/20230613/nuve-xercleri-qlobal-miqyasda-829-milyard-dollara-catib-455836008.html
Nüvə xərcləri qlobal miqyasda 82,9 milyard dollara çatıb
Nüvə xərcləri qlobal miqyasda 82,9 milyard dollara çatıb
Sputnik Azərbaycan
Rusiya ABŞ xərclərinin 22% -ni - 9,6 milyard dollar, Çin isə ABŞ-ın ümumi xərclərinin dörddə birindən bir az çoxunu - 11,7 milyard dollar xərcləyib. 13.06.2023, Sputnik Azərbaycan
2023-06-13T08:47+0400
2023-06-13T08:47+0400
2023-06-13T08:47+0400
nüvə
dünya xəbərləri
xərclər
qlobal
abş
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e5/04/13/426734119_0:0:3387:1906_1920x0_80_0_0_99c9d963f07359cace9847b120012608.jpg
BAKI, 13 iyun — Sputnik. 2022-ci ildə nüvə silahlarına qlobal xərclər 82,9 milyard dollara yüksəlib, Birləşmiş Ştatlar isə bu məqsədlə bütün digər nüvə güclərinin cəmindən çox xərcləyir. Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) hesabatından bu qənaətə gəlmək olar. "Doqquz ölkə (nüvə silahı olan - red.) nüvə silahına 82,9 milyard dollar xərcləyib, bunun ən azı 29 milyard dolları özəl sektor tərəfindən 2022-ci ildə qazanılıb. Birləşmiş Ştatlar nüvə silahına sahib olan digər bütün dövlətlərdən çox pul xərcləyib - 43,7 milyard dollar. Rusiya ABŞ xərclərinin 22% -ni - 9,6 milyard dollar, Çin isə ABŞ-ın ümumi xərclərinin dörddə birindən bir az çoxunu - 11,7 milyard dollar xərcləyib", - sənəddə belə deyilir. ICAN-a görə, 2022-ci ildə bu sahədə xərclər 2021-ci ilə nisbətən 2,1 milyard dollar artıb, hesabat dördüncü ildir ki, nüvə silahlarına qlobal xərclərin kəskin artdığını göstərir. Təşkilatın bəyanatında deyilir ki, "iqlim dəyişikliyi təhdidlərindən tutmuş COVID-19 pandemiyasına qədər davamlı dəyişən və çətinləşən təhlükəsizlik mühitində" və Ukraynada baş verən hadisələrdə "nüvə silahı xərcləri davamlı olaraq artıb və nəticədə təhlükəsizlik mühitində nəzərəçarpacaq yaxşılaşma müşahidə olunmayıb". "Hər halda, vəziyyət getdikcə pisləşir", - deyə təşkilat təəssüflənir. Nüvə Silahlarının Ləğv edilməsi üzrə Beynəlxalq Kampaniya (ICAN) 2007-ci ildə təsis edilmiş beynəlxalq ictimai təşkilatdır. Onun məqsədi Nüvə Silahlarının Qadağan edilməsi Müqaviləsinin qəbul edilməsi və həyata keçirilməsini təşviq etməkdir. Təşkilat 2017-ci ildə Nobel Sülh Mükafatını alıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/13/426734119_290:0:3021:2048_1920x0_80_0_0_b5689bb2cec286a5e365f9b9af2a596c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
nüvə, xərclər, qlobal, abş, rusiya
nüvə, xərclər, qlobal, abş, rusiya
Nüvə xərcləri qlobal miqyasda 82,9 milyard dollara çatıb
Rusiya ABŞ xərclərinin 22% -ni - 9,6 milyard dollar, Çin isə ABŞ-ın ümumi xərclərinin dörddə birindən bir az çoxunu - 11,7 milyard dollar xərcləyib.
BAKI, 13 iyun — Sputnik. 2022-ci ildə nüvə silahlarına qlobal xərclər 82,9 milyard dollara yüksəlib, Birləşmiş Ştatlar isə bu məqsədlə bütün digər nüvə güclərinin cəmindən çox xərcləyir.
Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) hesabatından bu qənaətə gəlmək olar.
"Doqquz ölkə (nüvə silahı olan - red.) nüvə silahına 82,9 milyard dollar xərcləyib, bunun ən azı 29 milyard dolları özəl sektor tərəfindən 2022-ci ildə qazanılıb. Birləşmiş Ştatlar nüvə silahına sahib olan digər bütün dövlətlərdən çox pul xərcləyib - 43,7 milyard dollar. Rusiya ABŞ xərclərinin 22% -ni - 9,6 milyard dollar, Çin isə ABŞ-ın ümumi xərclərinin dörddə birindən bir az çoxunu - 11,7 milyard dollar xərcləyib", - sənəddə belə deyilir.
ICAN-a görə, 2022-ci ildə bu sahədə xərclər 2021-ci ilə nisbətən 2,1 milyard dollar artıb, hesabat dördüncü ildir ki, nüvə silahlarına qlobal xərclərin kəskin artdığını göstərir.
Təşkilatın bəyanatında deyilir ki, "iqlim dəyişikliyi təhdidlərindən tutmuş COVID-19 pandemiyasına qədər davamlı dəyişən və çətinləşən təhlükəsizlik mühitində" və Ukraynada baş verən hadisələrdə "nüvə silahı xərcləri davamlı olaraq artıb və nəticədə təhlükəsizlik mühitində nəzərəçarpacaq yaxşılaşma müşahidə olunmayıb". "Hər halda, vəziyyət getdikcə pisləşir", - deyə təşkilat təəssüflənir.
Nüvə Silahlarının Ləğv edilməsi üzrə Beynəlxalq Kampaniya (ICAN) 2007-ci ildə təsis edilmiş beynəlxalq ictimai təşkilatdır. Onun məqsədi Nüvə Silahlarının Qadağan edilməsi Müqaviləsinin qəbul edilməsi və həyata keçirilməsini təşviq etməkdir. Təşkilat 2017-ci ildə Nobel Sülh Mükafatını alıb.