https://sputnik.az/20230613/nazir-son-zeng-tedbirlerinin-kecirilmesi-barede-emr-imzalayib-455851843.html
Nazir "Son zəng" tədbirlərinin keçirilməsi barədə əmr imzalayıb
Nazir "Son zəng" tədbirlərinin keçirilməsi barədə əmr imzalayıb
Sputnik Azərbaycan
"Son zəng" tədbirinə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin dəvət olunması ümumi təhsil müəssisəsinin... 13.06.2023, Sputnik Azərbaycan
2023-06-13T12:18+0400
2023-06-13T12:18+0400
2023-06-13T12:18+0400
son zəng
təhsil
emin əmrullayev
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0e/442910325_0:0:1280:721_1920x0_80_0_0_35c5ab42fd8ac589ec516c447a7835a9.jpg
BAKI, 13 iyun — Sputnik. Elm və təhsil naziri Emin Əmrullayev ümumtəhsil məktəblərində ənənəvi "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı əmr imzalayıb. Bu barədə nazirlikdən xəbər verilib. Əmrdə qeyd olunub ki, "Son zəng" tədbiri 14 iyun 2023-cü il tarixdə hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunmalıdır. "Son zəng" tədbirinə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin dəvət olunması ümumi təhsil müəssisəsinin rəhbərlərinə tövsiyə edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərlərinə "Son zəng"in keçirilməsi müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görürlməsi tapşırılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0e/442910325_0:0:1280:960_1920x0_80_0_0_087b34e4de76155c1d60febb60325b6c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
son zəng, emin əmrullayev
son zəng, emin əmrullayev
Nazir "Son zəng" tədbirlərinin keçirilməsi barədə əmr imzalayıb
"Son zəng" tədbirinə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin dəvət olunması ümumi təhsil müəssisəsinin rəhbərlərinə tövsiyə edilib.
BAKI, 13 iyun — Sputnik. Elm və təhsil naziri Emin Əmrullayev ümumtəhsil məktəblərində ənənəvi "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı əmr imzalayıb.
Bu barədə nazirlikdən xəbər verilib.
Əmrdə qeyd olunub ki, "Son zəng" tədbiri 14 iyun 2023-cü il tarixdə hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunmalıdır.
"Son zəng" tədbirinə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin dəvət olunması ümumi təhsil müəssisəsinin rəhbərlərinə tövsiyə edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərlərinə "Son zəng"in keçirilməsi müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görürlməsi tapşırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.