https://sputnik.az/20230613/nato-rusiya-ile-munaqiseye-hazir-deyil-455877715.html
NATO Rusiya ilə münaqişəyə hazır deyil
NATO Rusiya ilə münaqişəyə hazır deyil
Sputnik Azərbaycan
Rusiya XİN: ABŞ və NATO Ukraynadakı münaqişədə nəinki silah tədarükü, həm də Böyük Britaniya, Almaniya, İtaliya, digər ölkələrdə kadr hazırlığı ilə birbaşa... 13.06.2023, Sputnik Azərbaycan
2023-06-13T21:33+0400
2023-06-13T21:33+0400
2023-06-13T21:33+0400
nato
dünya xəbərləri
rusiya xarici işlər nazirliyi
rusiya
yens stoltenberq
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0c/438105639_0:277:3076:2007_1920x0_80_0_0_4c999d302adbc642a507f7f547802a77.jpg
BAKI, 13 iyun — Sputnik. NATO Rusiya ilə münaqişəyə hazır deyil. Bunu əvvəllər alyansın Avropadakı komandirinin müavini vəzifəsində çalışmış istefada olan britaniyalı general Riçard Şirreff bildirib. "Şərqi Avropada genişmiqyaslı müharibə gedir. Bu, yerdə və səmada davam edən müharibədir, ona görə də səmaya və yerə sərmayə qoymaq lazımdır, lakin onlar bunu etmədilər. Ötən il Madrid sammitində NATO katibi Yens Stoltenberq NATO-nun yüksək hazırlıqlı qüvvələrin sayını 300 min nəfərə çatdıracağını açıqlasa da bu, sadəcə olaraq baş vermədi", - deyə Şirreff "Newsweek" jurnalına bildirib. O qeyd edib ki, alyans 2014-cü ildə Krım Rusiya Federasiyası ilə yenidən birləşdikdən sonra gücünü artırmaq imkanını əldən verib. "NATO Rusiya ilə konvensiyalı müharibəyə hazır olacaq konvensiyalı qüvvələr toplamağa hazırdırmı? Buna əmin deyiləm", - deyə Şirreff bildirib. Rusiya Xarici İşlər Nazirliyinin əvvəllər bəyan etdiyi kimi, ABŞ və NATO Ukraynadakı münaqişədə nəinki silah tədarükü, həm də Böyük Britaniya, Almaniya, İtaliya, digər ölkələrdə kadr hazırlığı ilə birbaşa iştirak edirlər. Mayın 9-da Moskvada keçirilən Qələbə Paradı zamanı Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyaya qarşı yenidən müharibəyə başlanılıb, lakin ölkə beynəlxalq terrorizmə qarşı müqavimət göstərib və həm Donbass sakinlərini müdafiə edəcək, həm də öz təhlükəsizliyini təmin edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0c/438105639_347:0:3076:2047_1920x0_80_0_0_f1762f261493a0d60d85369b6f527bae.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
nato, rusiya xarici işlər nazirliyi, rusiya, yens stoltenberq
nato, rusiya xarici işlər nazirliyi, rusiya, yens stoltenberq
NATO Rusiya ilə münaqişəyə hazır deyil
Rusiya XİN: ABŞ və NATO Ukraynadakı münaqişədə nəinki silah tədarükü, həm də Böyük Britaniya, Almaniya, İtaliya, digər ölkələrdə kadr hazırlığı ilə birbaşa iştirak edirlər.
BAKI, 13 iyun — Sputnik. NATO Rusiya ilə münaqişəyə hazır deyil.
Bunu əvvəllər alyansın Avropadakı komandirinin müavini vəzifəsində çalışmış istefada olan britaniyalı general Riçard Şirreff bildirib.
"Şərqi Avropada genişmiqyaslı müharibə gedir. Bu, yerdə və səmada davam edən müharibədir, ona görə də səmaya və yerə sərmayə qoymaq lazımdır, lakin onlar bunu etmədilər. Ötən il Madrid sammitində NATO katibi Yens Stoltenberq NATO-nun yüksək hazırlıqlı qüvvələrin sayını 300 min nəfərə çatdıracağını açıqlasa da bu, sadəcə olaraq baş vermədi", - deyə Şirreff "Newsweek" jurnalına bildirib.
O qeyd edib ki, alyans 2014-cü ildə Krım Rusiya Federasiyası ilə yenidən birləşdikdən sonra gücünü artırmaq imkanını əldən verib.
"NATO Rusiya ilə konvensiyalı müharibəyə hazır olacaq konvensiyalı qüvvələr toplamağa hazırdırmı?
Buna əmin deyiləm", - deyə Şirreff bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin əvvəllər bəyan etdiyi kimi, ABŞ və NATO Ukraynadakı münaqişədə nəinki silah tədarükü, həm də Böyük Britaniya, Almaniya, İtaliya, digər ölkələrdə kadr hazırlığı ilə birbaşa iştirak edirlər.
Mayın 9-da Moskvada keçirilən Qələbə Paradı zamanı Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyaya qarşı yenidən müharibəyə başlanılıb, lakin ölkə beynəlxalq terrorizmə qarşı müqavimət göstərib və həm Donbass sakinlərini müdafiə edəcək, həm də öz təhlükəsizliyini təmin edəcək.