DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Lukaşenko Trampa ümid edir: Rusiyaya qarşı döyüşləri bir günə dayandıra biləcək

© AP Photo / Markus SchreiberLukaşenko
Lukaşenko - Sputnik Azərbaycan, 1920, 13.06.2023
Abunə olmaq
ABŞ-ın keçmiş respublikaçı prezidenti Donald Tramp 2024-cü il seçkilərində qalib gələcəyini və Ağ Evin indiki korrupsiyalaşmış rəhbəri Cozef Baydeni iqamətgahından qovacağını bildirib.
BAKI, 13 iyun — Sputnik. ABŞ-da prezident seçkiləri zamanı Minsk NATO-nun Ukraynada Rusiyaya qarşı döyüşlərini bir günə dayandıra biləcək Donald Trampa tərəf olacaq. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"Biz onu dəstəkləyəcəyik ki, o, hakimiyyətə gəlsin. Bu gün Rusiyaya qarşı vuruşan NATO maşınını dayandırsın", - deyə Lukaşenko bildirib.
ABŞ-ın keçmiş respublikaçı prezidenti Donald Tramp 2024-cü il seçkilərində qalib gələcəyini və Ağ Evin indiki korrupsiyalaşmış rəhbəri Cozef Baydeni iqamətgahından qovacağını bildirib.
"5 noyabr 2024-cü ildə biz korrupsioner siyasi isteblişmentə qarşı mövqe nümayiş etdirəcəyik. Co Bayden adlı tamamilə korrupsioner prezidenti Ağ Evdən qovacağıq. Mən heç vaxt təslim olmaram, heç vaxt məğlub olmayacağam. Sizin üçün mübarizəni heç vaxt dayandırmayacağam", - deyə o qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0