DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Berluskoninin mirası açıqlandı

© Sputnik / Aleksey Vitvitsky / Mediabanka keçidБывший председатель Совета министров Италии Сильвио Берлускони
Бывший председатель Совета министров Италии Сильвио Берлускони - Sputnik Azərbaycan, 1920, 13.06.2023
Abunə olmaq
İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoninin mirası onun 5 övladı və 16 nəvəsinə qalacaq.
BAKI, 13 iyun - Sputnik. İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni ölkənin ən zəngin adamlarından biri idi.
Bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb.
Berluskoninin mirası təxminən 5 milyard avro dəyərində qiymətləndirilir. Bu miras onun 5 övladı və 16 nəvəsinə qalacaq.
Əsas pay 4,89 milyard avro dəyərində olan “Fininvest” ailə holdinqinin payına düşür. Holdinqə “Mediaset TV” şirkətinin 50%-i və “Mondadori” nəşriyyatının 53%-i, həmçinin “Mediolanum” bankı daxildir.
Beş uşağın hər biri hissələrin 7,65 faizinə, Berluskoni isə hissələrin 61,3 faizinə sahibdir.
“Forbes”in son reytinqinə görə, Berluskoni İtaliyanın ən varlı adamları siyahısında üçüncü yeri tutub. Bəzi illərdə o, ilk yerdə qərarlaşıb. Jurnal onun sərvətini bazar meyarlarına görə 6,9 milyard avro qiymətləndirib.
Biznesdən əlavə, Berluskoninin bir neçə villası, sarayları və evləri var. Onun Milanın yaxınlığındakı ən məşhur iqamətgahı Arkoredəki Villa San Martinodur. İyunun 13-də siyasətçi ilə vida mərasini yalnız onun ən yaxınları üçün təşkil ediləcək. Berluskoninin digər məşhur iqamətgahı Sardiniya adasındadır.
Silvio Berluskoninin dəfn mərasimi 14 iyunda Milan kafedralında (Duomo di Milano) keçiriləcək.
Vida mərasimi iyunun 12-də Berluskoninin Arkordakı villasında başlayıb.
İtaliyanın sabiq baş naziri iyunun 12-də 87 yaşında vəfat edib.
Xəbər lenti
0