https://sputnik.az/20230613/azerbaycan-qezetinin-capi-dayandirilacaq-spiker-qezeti-gunun-telebine-uymaga-cagirdi-455855981.html
"Azərbaycan" qəzetinin çapı dayandırılacaq? Spiker qəzeti günün tələbinə uymağa çağırdı
"Azərbaycan" qəzetinin çapı dayandırılacaq? Spiker qəzeti günün tələbinə uymağa çağırdı
Sputnik Azərbaycan
Həm də Baş redaktor olan deputatın sözlərinə görə, cari ildə qəzetin yaşadılması üçün Milli Məclisə müraciət edib, amma aldığı cavabdan o qənaətə gəlib ki, heç... 13.06.2023, Sputnik Azərbaycan
2023-06-13T14:30+0400
2023-06-13T14:30+0400
2023-06-13T14:30+0400
cəmiyyət
"azərbaycan" qəzeti
sahibə qafarova
bəxtiyar sadıqov
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/19/434571239_0:0:1200:676_1920x0_80_0_0_46a736abfb2737af33d47bcd84c0448d.jpg
BAKI, 13 iyun-Sputnik. "Azərbaycan" qəzetinə sistemli pul ayrılmasa, qəzet fəaliyyətini dayandıracaq". Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı "Azərbaycan" qəzetinin Baş redaktoru, deputat Bəxtiyar Sadıqov deyib. Deputat bildirib ki, ötən il müraciətləri əsasında birdəfəlik yardım göstərilib: "Mən cari ildə qəzetin yaşadılması üçün Milli Məclisə müraciət etdim. Amma aldığım cavabdan bəlli oldu ki, heç bir yardım mümkün deyil. Halbuki qəzetimiz Milli Məclisin orqanıdır. Qəzetin maliyyə və texniki təminatı Milli Məclis tərəfindən edilməlidir. Artıq qəzetimiz öz əməkdaşlarının əməkhaqqını ödəyə bilmir". Sadıqovun sözlərinə görə, vəziyyət göstərir ki, hər il onlara ("Azərbaycan" qəzetinə - red.) ən azı 1,5 milyon manat sistemli maliyyə yardımı edilməlidir. Əks təqdirdə qəzetin çapı dayanacaq. "Qəzetdə 65 yaradıcı və texniki işçi çalışır. İş rejimimiz rəsmi materiallardan asılı olaraq, 2 və ya 3 növbəli olur. Bir çox əməkdaşımız uzun illərdir, qəzetdə işləyir. Qəzet bağlansa, onlar yeni saytlarda iş tapa bilməyəcəklər. Qəzet bağlansa, qəzetin işçilərinin mətbuat xidmətlərində və digər yerlərdə işlə təmin olunmasını xahiş edirəm”, - Baş əlavə edib.Parlamentin Sədri Sahibə Qafarova isə Bəxtiyar Sadıqovun çıxışına cavab olaraq vurğulayıb ki, üç ildə Milli Məclis hər zaman qəzetə dəstək olub. Lakin qəzet də işini günün tələblərinə uyğun qurmalıdır. "Sizinlə də bu barədə danışılıb. Ancaq Siz işinizi zamanın bugünkü tələblərinə uyğun qurmalısınız. Aidiyyəti qurumlar da Sizinlə danışıb" - Spiker deyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/19/434571239_80:0:1064:738_1920x0_80_0_0_91630f0c778a90f8044aed92dbbde859.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
"azərbaycan" qəzeti, sahibə qafarova, bəxtiyar sadıqov
"azərbaycan" qəzeti, sahibə qafarova, bəxtiyar sadıqov
"Azərbaycan" qəzetinin çapı dayandırılacaq? Spiker qəzeti günün tələbinə uymağa çağırdı
Həm də Baş redaktor olan deputatın sözlərinə görə, cari ildə qəzetin yaşadılması üçün Milli Məclisə müraciət edib, amma aldığı cavabdan o qənaətə gəlib ki, heç bir yardım olmayacaq.
BAKI, 13 iyun-Sputnik. "Azərbaycan" qəzetinə sistemli pul ayrılmasa, qəzet fəaliyyətini dayandıracaq".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı "Azərbaycan" qəzetinin Baş redaktoru, deputat Bəxtiyar Sadıqov deyib.
Deputat bildirib ki, ötən il müraciətləri əsasında birdəfəlik yardım göstərilib: "Mən cari ildə qəzetin yaşadılması üçün Milli Məclisə müraciət etdim. Amma aldığım cavabdan bəlli oldu ki, heç bir yardım mümkün deyil. Halbuki qəzetimiz Milli Məclisin orqanıdır. Qəzetin maliyyə və texniki təminatı Milli Məclis tərəfindən edilməlidir. Artıq qəzetimiz öz əməkdaşlarının əməkhaqqını ödəyə bilmir".
Sadıqovun sözlərinə görə, vəziyyət göstərir ki, hər il onlara ("Azərbaycan" qəzetinə - red.) ən azı 1,5 milyon manat sistemli maliyyə yardımı edilməlidir. Əks təqdirdə qəzetin çapı dayanacaq.
"Qəzetdə 65 yaradıcı və texniki işçi çalışır. İş rejimimiz rəsmi materiallardan asılı olaraq, 2 və ya 3 növbəli olur. Bir çox əməkdaşımız uzun illərdir, qəzetdə işləyir. Qəzet bağlansa, onlar yeni saytlarda iş tapa bilməyəcəklər. Qəzet bağlansa, qəzetin işçilərinin mətbuat xidmətlərində və digər yerlərdə işlə təmin olunmasını xahiş edirəm”, - Baş əlavə edib.
Parlamentin Sədri Sahibə Qafarova isə Bəxtiyar Sadıqovun çıxışına cavab olaraq vurğulayıb ki, üç ildə Milli Məclis hər zaman qəzetə dəstək olub. Lakin qəzet də işini günün tələblərinə uyğun qurmalıdır.
"Sizinlə də bu barədə danışılıb. Ancaq Siz işinizi zamanın bugünkü tələblərinə uyğun qurmalısınız. Aidiyyəti qurumlar da Sizinlə danışıb" - Spiker deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.