CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan əhalisinin sayı açıqlanıb

əhali - Sputnik Azərbaycan, 1920, 13.06.2023
Abunə olmaq
Dövlət Statistika Komitəsinin açıqlamasına görə, nikahların sayı azalıb, boşanmaların sayı isə artıb.
BAKI, 13 iyun — Sputnik. Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında hesablanmış əhalinin sayı 2023-cü il may ayının 1-i vəziyyətinə 10143521*) nəfər təşkil edib. Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Bu ilin ilk dörd ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15065 nikah və 6920 boşanma halları qeydə alınıb.
Dövlət Statistika Komitəsinin açıqlamasına görə, nikahların sayı azalıb, boşanmaların sayı artıb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,6-dan 4,5-ə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-aprel aylarında ölkə üzrə 37159 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,1-dən 11,1-ə düşüb.
Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub bildirilib ki, doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Doğulan körpələrdən 1122-si əkiz, 63-ü üçəm olub.
Cari ilin yanvar-aprel ayları ərzində ölkədə 21205 ölüm halı qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 7,2-dən 6,4-ə düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0