DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tramp məhkəmədən sonra tərəfdarları qarşısında çıxış edəcək

© AP Photo / Seth WenigDonald Tramp, arxiv şəkli
Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.06.2023
Abunə olmaq
Mayamidə məxfi sənədlər işi üzrə Trampa qarşı yeni ittihamlarla bağlı məhkəmə iclası keçiriləcək.
BAKI, 12 iyun - Sputnik. ABŞ-ın sabiq Prezidenti Donald Tramp iyunun 13-də tərəfdarları qarşısında çıxış edəcək.
APA xəbər verir ki, bu barədə Trampın nümayəndəsi Liz Harrinqton tviter hesabında bildirib. Qeyd olunub ki, Donald Tramp Nyu-Cersi ştatının Bedminster şəhərindəki qolf klubunda iyunun 13-də çıxış edəcək.
Bundan əvvəl Mayamidə məxfi sənədlər işi üzrə Trampa qarşı yeni ittihamlarla bağlı məhkəmə iclası keçiriləcək.
Florida Cənub Dairə Məhkəməsinin elektron məlumat bazasında yerləşdirilmiş ittiham aktına əsasən, ABŞ hüquq-mühafizə orqanları Donald Tramp və onun köməkçisi Uolt Nautaya qarşı 38 maddə üzrə ittiham irəli sürüb. Sənəddə göstərilir ki, ABŞ Federal Təhqiqatlar Bürosunun əməkdaşları keçən ilin avqustunda Trampın Florida ştatındakı Mar-a-Laqo malikanəsində apardıqları axtarış zamanı ümumilikdə 102 sənəd ələ keçiriblər. On yeddi sənədin üstündə “tam məxfi” qrifi olub.
Gələn il prezidentlik uğrunda yenidən mübarizə aparmağa hazırlaşan Donald Tramp ona qarşı ittihamları Co Baydenin rəhbərliyi ilə ABŞ administrasiyasının təsiri altında hazırlanmış siyasi qərar kimi xarakterizə edir.
Xəbər lenti
0