DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Şimali Koreya lideri Rusiyanı tam dəstəklədiyini bildirib

© AFP 2024 / STR / KCNA VIA KNS / KXDR lideri Kim Çen In
KXDR lideri Kim Çen In  - Sputnik Azərbaycan, 1920, 12.06.2023
Abunə olmaq
Kim Çen In qeyd edib ki, ədalət həmişə qələbə qazanacaq.
BAKI, 12 iyun — Sputnik. Şimali Koreya imperialistlərə qarşı mübarizədə öz suverenliyini qoruyan Rusiya xalqına dəstək və həmrəylik ifadə edir.
Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) xəbər verir ki, KXDR lideri Kim Çen In Rusiya lideri Vladimir Putinə Rusiya günü münasibətilə təbrik teleqramında müvafiq açıqlama verib.
Şimali Koreya liderinin sözlərinə görə, düşmən qüvvələr Rusiya Federasiyasının suverenliyinə, təhlükəsizliyinə və dinc həyatına xələl gətirməyə çalışır və hazırda Rusiya xalqının artan təhlükəyə qarşı mübarizəsi yeni kritik mərhələyə qədəm qoyur.
Koreya xalqı, Kim Çen Inın vurğuladığı kimi, Moskvaya tam dəstək və razılıq ifadə edir.
Şimali Koreyanın başçısı onu da qeyd edib ki, ədalət həmişə qələbə qazanacaq.
"KXDR və Rusiya xalqları arasında dostluq hər iki ölkə üçün "dəyərli strateji sərvətə" çevrilib", - deyən KXDR lideri mehriban qonşuluq münasibətlərini və strateji əməkdaşlığı daha da möhkəmləndirməyə hazır olduğunu bildirib.
Bundan əvvəl amerikalı jurnalist Seymur Xəzər bildirmişdi ki, dünya əhalisinin əksəriyyəti Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını dəstəkləyir, ABŞ isə özünə etimadını itirib.
Xəbər lenti
0