https://sputnik.az/20230612/psixiatriya-xestexanasinin-sobe-mudirinin-istintaqi-basa-catib-455835497.html
Psixiatriya Xəstəxanasının şöbə müdirinin istintaqı başa çatıb
Psixiatriya Xəstəxanasının şöbə müdirinin istintaqı başa çatıb
Sputnik Azərbaycan
H.Seyidovun həmin vəzifədə işləyərkən digər şəxslərlə əlbir olub müxtəlif şəxslərdən rüşvət alaraq onların həmin xəstəxanada stasionar qaydada müayinə və... 12.06.2023, Sputnik Azərbaycan
2023-06-12T19:02+0400
2023-06-12T19:02+0400
2023-06-12T19:02+0400
xəstəxana
cəmiyyət
rüşvət
istintaq
baş prokurorluq
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/1c/425830074_0:312:3000:2000_1920x0_80_0_0_c7a65444f34dcfee4a45e31f06a3ac97.jpg
BAKI, 12 iyun — Sputnik. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının şöbə müdiri Hüseyn Seyidovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində başlanan cinayət işinin istintaqı yekunlaşıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, istintaqla Hüseyn Seyidovun 2022-ci ilin mart-dekabr aylarında həmin vəzifədə işləyərkən digər şəxslərlə əlbir olub müxtəlif şəxslərdən rüşvət alaraq onların həmin xəstəxanada stasionar qaydada müayinə və müalicə edilməsi barədə tibbi sənədlərə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanan sübutlar əsasında Hüseyn Seyidova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1, 311.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Həmin işdən ayrılmış cinayət işi üzrə qanunsuz əməllərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində istintaq davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/1c/425830074_333:0:3000:2000_1920x0_80_0_0_16634c5370ecab82cc74ac5b90b97a51.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəstəxana, rüşvət, istintaq, baş prokurorluq
xəstəxana, rüşvət, istintaq, baş prokurorluq
Psixiatriya Xəstəxanasının şöbə müdirinin istintaqı başa çatıb
H.Seyidovun həmin vəzifədə işləyərkən digər şəxslərlə əlbir olub müxtəlif şəxslərdən rüşvət alaraq onların həmin xəstəxanada stasionar qaydada müayinə və müalicə edilməsi barədə tibbi sənədlərə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.
BAKI, 12 iyun — Sputnik. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının şöbə müdiri Hüseyn Seyidovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində başlanan cinayət işinin istintaqı yekunlaşıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, istintaqla Hüseyn Seyidovun 2022-ci ilin mart-dekabr aylarında həmin vəzifədə işləyərkən digər şəxslərlə əlbir olub müxtəlif şəxslərdən rüşvət alaraq onların həmin xəstəxanada stasionar qaydada müayinə və müalicə edilməsi barədə tibbi sənədlərə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanan sübutlar əsasında Hüseyn Seyidova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1, 311.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Həmin işdən ayrılmış cinayət işi üzrə qanunsuz əməllərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində istintaq davam etdirilir.