DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Hindistan XİN: Dehli Rusiya ilə gələcək əməkdaşlığı səbirsizliklə gözləyir

© pixabay / meanwhileHindistan bayrağı
Hindistan bayrağı - Sputnik Azərbaycan, 1920, 12.06.2023
Abunə olmaq
Hindistanın xarici işlər naziri Subramanyam Caişankar özünün "Twitter" hesabında həmkarı Sergey Lavrovu, Rusiya Federasiyası hökumətini və vətəndaşlarını 12 iyunda qeyd olunan milli bayram - Rusiya Günü münasibətilə təbrik edib.
BAKI, 12 iyun — Sputnik. Hindistan Rusiya ilə strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyir.
Bunu Hindistanın xarici işlər naziri Subramanyam Caişankar bildirib.
Diplomat rusiyalı həmkarı Sergey Lavrovu, Rusiya Federasiyası hökumətini və vətəndaşlarını 12 iyunda qeyd olunan milli bayram - Rusiya Günü münasibətilə təbrik edib.
"Xarici işlər naziri Sergey Lavrovu, Rusiya Federasiyasının hökumətini və xalqını milli bayram münasibətilə ürəkdən təbrik edirəm", – deyə Caişankar özünün "Twitter" hesabında yazıb.
Daha əvvəl KXDR lideri Kim Çen In Vladimir Putinə Rusiya günü münasibətilə təbrik teleqramında bildirib ki, Şimali Koreya imperialistlərə qarşı mübarizədə öz suverenliyini qoruyan Rusiya xalqına dəstək və həmrəylik bildirir.
Amerikalı jurnalist Seymur Herş isə öz növbəsində qeyd edib ki, dünya sakinlərinin əksəriyyəti Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatı dəstəkləyir, ABŞ isə özünə inamını itirib.
Xəbər lenti
0