https://sputnik.az/20230612/cinde-firildaqcilar-messi-ile-axsam-gorusunu-39-min-avroya-satirlar-455820765.html
Çində fırıldaqçılar “Messi ilə axşam” görüşünü 39 min avroya satırlar
Çində fırıldaqçılar “Messi ilə axşam” görüşünü 39 min avroya satırlar
Sputnik Azərbaycan
Futbolçu Pekinə iyunun 10-da gəlib. Onun komandası iyunun 15-də yoldaşlıq görüşündə Avstraliya ilə qarşılaşacaq. 12.06.2023, Sputnik Azərbaycan
2023-06-12T13:28+0400
2023-06-12T13:28+0400
2023-06-12T13:28+0400
dünya xəbərləri
lionel messi
lionel messi
çin
fırıldaqçılıq
fırıldaqçı
https://cdnn1.img.sputnik.az/img/07e7/04/0f/453807176_0:0:3072:1728_1920x0_80_0_0_95d9988488ab3f629c8408ed78bf3e7c.jpg
BAKI, 12 iyun - Sputnik. Çində fırıldaqçılar Argentina milli futbol komandasının kapitanı Lionel Messi ilə eksklüziv axşam keçirmək üçün 39 000 avro (təxminən 300 000 yuan) istəyirlər."Report" xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.Futbolçu Pekinə iyunun 10-da gəlib. Onun komandası iyunun 15-də yoldaşlıq görüşündə Avstraliya ilə qarşılaşacaq.Messinin Çinə gəlişindən sonra internetdə çoxlu şübhəli təkliflər, o cümlədən 650 avroluq stadion bileti, Argentina imzalı köynək, ön sırada oturacaqlar və oyunçu ilə fotoşəkil də daxil olmaqla fərdi VIP paketi ortaya çıxıb.Çində keçiriləcək Argentina - Avstraliya matçının biletləri 620 avro qiymətinə təklif edilib. Biletlər satışa çıxarıldıqdan sonra qısa müddət ərzində satılıb.Polisin məlumatına görə, stadiona daxil olmaq üçün ödəniş qəbzi və şəxsiyyəti təsdiq edən sənəd tələb olunsa da, satıcılar biletləri ilkin qiymətdən üç dəfə artıq qiymətə onlayn satırlar.Xatırladaq ki, mayın 7-də Lionel Messi Amerikanın İngiltərə millisinin sabiq kapitanı Devid Bekhemə məxsus “İnter Mayami” klubu ilə müqavilə imzaladığını açıqlayıb. Üçillik müqavilənin rəsmi olaraq iyulun 1-də imzalanması gözlənilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/0f/453807176_148:0:2879:2048_1920x0_80_0_0_38d5d418c56766a39963cb8a5981955d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
lionel messi, lionel messi, çin, fırıldaqçılıq, fırıldaqçı
lionel messi, lionel messi, çin, fırıldaqçılıq, fırıldaqçı
Çində fırıldaqçılar “Messi ilə axşam” görüşünü 39 min avroya satırlar
Futbolçu Pekinə iyunun 10-da gəlib. Onun komandası iyunun 15-də yoldaşlıq görüşündə Avstraliya ilə qarşılaşacaq.
BAKI, 12 iyun - Sputnik. Çində fırıldaqçılar Argentina milli futbol komandasının kapitanı Lionel Messi ilə eksklüziv axşam keçirmək üçün 39 000 avro (təxminən 300 000 yuan) istəyirlər.
"Report" xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Futbolçu Pekinə iyunun 10-da gəlib. Onun komandası iyunun 15-də yoldaşlıq görüşündə Avstraliya ilə qarşılaşacaq.
Messinin Çinə gəlişindən sonra internetdə çoxlu şübhəli təkliflər, o cümlədən 650 avroluq stadion bileti, Argentina imzalı köynək, ön sırada oturacaqlar və oyunçu ilə fotoşəkil də daxil olmaqla fərdi VIP paketi ortaya çıxıb.
Çində keçiriləcək Argentina - Avstraliya matçının biletləri 620 avro qiymətinə təklif edilib. Biletlər satışa çıxarıldıqdan sonra qısa müddət ərzində satılıb.
Polisin məlumatına görə, stadiona daxil olmaq üçün ödəniş qəbzi və şəxsiyyəti təsdiq edən sənəd tələb olunsa da, satıcılar biletləri ilkin qiymətdən üç dəfə artıq qiymətə onlayn satırlar.
Xatırladaq ki, mayın 7-də Lionel Messi Amerikanın İngiltərə millisinin sabiq kapitanı Devid Bekhemə məxsus “İnter Mayami” klubu ilə müqavilə imzaladığını açıqlayıb. Üçillik müqavilənin rəsmi olaraq iyulun 1-də imzalanması gözlənilir.