NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

"Bloomberg": Aİ Ukraynadakı yeraltı qaz anbarlarını işə sala bilər

© AFP 2024 / INA FASSBENDERQaz anbarı, arxiv şəkli
Qaz anbarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.06.2023
Abunə olmaq
Mayın sonunda birja ticarətində Avropada qaz qiymətləri iki ildə ilk dəfə min kubmetr üçün 300 dollardan aşağı düşüb və 286 dollar təşkil edib.
BAKI, 12 iyun — Sputnik. Avropa Birliyi şəbəkəsi qitədə ən böyük olan Ukraynadakı yeraltı qaz anbarlarının istifadəyə verilməsi imkanlarını nəzərdən keçirir.
Bunu "Bloomberg" agentliyi xəbər verir.
Bir çox treyderlər, münaqişəyə baxmayaraq, riski haqlı hesab edirlər, çünki Aİ anbarlarının gücü artıq son həddə çox yaxındır. Bununla yanaşı, yanacağın Ukrayna ərazisində saxlanması qarşıdakı aylarda bolluğun qarşısını ala bilər.
İsveçrənin "Axpo" şirkətinin Avropada ticarət əməliyyatları şöbəsinin müdiri Marko Zalfrank belə bir fikir irəi sürüb ki, Ukraynada qaz saxlamaq aşağı risklər şərtilə rəqabət qabiliyyətli variantdır.
Xatırladaq ki, mayın sonunda birja ticarətində Avropada qaz qiymətləri iki ildə ilk dəfə min kubmetr üçün 300 dollardan aşağı düşüb və 286 dollar təşkil edib.
Almaniyanın Federal Şəbəkə Agentliyinin rəhbəri Klaus Müller də, həmçinin bildirib ki, Almaniyanın qaz anbarlarını növbəti qışa qədər Rusiyadan qaz tədarükü olmadan doldurmaq olar.
Xəbər lenti
0