DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Azərbaycan və Ermənistandan olan xilasedicilər Gürcüstanda təlimlərə qatılıb

© Sputnik / Irade JELILFövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti - Sputnik Azərbaycan, 1920, 12.06.2023
Abunə olmaq
Təlimlər iyunun 12-dən 16-dək Aİ-nin ekspert və texniki dəstək proqramının himayəsi altında keçiriləcək.
BAKI, 12 iyun — Sputnik. Gürcüstanda Ermənistan, Azərbaycan və Moldovanın yanğınsöndürmə-xilasetmə qruplarının iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, təlimlər iyunun 12-dən 16-dək Aİ-nin ekspert və texniki dəstək proqramının himayəsi altında keçiriləcək.
Təlimlərdə əvvəlcədən hazırlanmış meşə yanğını ssenariləri işlənəcək. Təlimin məqsədi irimiqyaslı təbii fəlakətlər zamanı aidiyyəti bölmələrin əlaqələndirilməsini təkmilləşdirməkdir.
Təlimlərə avtomobil texnikası və aviasiya da cəlb olunacaq.
Xəbər lenti
0