CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azad edilən ərazilərdə daha qırx iki mina aşkarlanıb

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidANAMA əməkdaşları Qarabağda əraziləri minalardan təmzləyirlər
ANAMA əməkdaşları Qarabağda əraziləri minalardan təmzləyirlər - Sputnik Azərbaycan, 1920, 12.06.2023
Abunə olmaq
146 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib
BAKI, 12 iyun — Sputnik. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlayıb.
ANAMA-dan verilən məlumata görə, iyunun 5-dən 10-dək Tərtər, Ağdam, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 16, tank əleyhinə 26 mina və 57 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Qeyd edək ki,146 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Xəbər lenti
0