Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Yuxusuzluq bəzi xəstəliklərə səbəb olur

© Pexels Ivan OboleninovYatan qadın, arxiv şəkli
Yatan qadın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.06.2023
Abunə olmaq
Yuxusuzluqdan əziyyət çəkən şəxslər diabet, hipertoniya, ürək xəstəlikləri və depressiyaya da səbəb olur
BAKI, 11 iyun — Sputnik. Yuxusuzluqdan əziyyət çəkənlər, günlük normada kifayət qədər yata bilməyənlər təxminən 10 il sonra insult riski ilə qarşılaşa bilər.
"Neurology" elmi jurnalında dərc olunan bu məlumata görə, orta yaş həddi 61 olan, hədəf seçilən tədqiqat qrupunun 57 faizi qadınlar olub.
Miçiqan Universitetinin Sosial Tədqiqatlar İnstitutu araşdırmanın nəticəsi kimi qeyd edib ki, yuxusuzluq simptomları insult riski ilə əlaqəlidir.
Diabet riski
Bundan başqa, araşdırma nəticəsində məlum olub ki, yuxusuzluqdan əziyyət çəkən şəxslər diabet, hipertoniya, ürək xəstəlikləri və depressiyaya da mübtəla ola bilərlər. Mütəxəssislərin fikrincə, beş saatdan az yatan şəxslərin orqanizmləri qlükozanın transformasiyasını zəiflədir və nəticədə qanda şəkərin artmasına səbəb olur.
Piylənmə riski
Alimlər bildirir ki, sutkada beş saat və daha az yatanlarda piylənmə riski iki dəfə artıqdır. Bundan başqa, xroniki yuxusuzluq təzyiqin daha da yüksəlməsinə səbəb olur.
Xəbər lenti
0