DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tramp: “Korrupsioner Baydeni Ağ Evdən qovacağam”

© AP Photo / Michael ConroyABŞ-ın keçmiş Respublikaçı prezidenti Donald Tramp
ABŞ-ın keçmiş Respublikaçı prezidenti Donald Tramp - Sputnik Azərbaycan, 1920, 11.06.2023
Abunə olmaq
Bu barədə Tramp Şimali Karolinada partiya üzvləri ilə görüşü zamanı deyib.
BAKI, 11 iyun - Sputnik. ABŞ-ın keçmiş Respublikaçı prezidenti Donald Tramp 2024-cü il seçkilərində qalib gələcəyini və Ağ Evin indiki korrupsiyalaşmış rəhbəri Cozef Baydeni iqamətgahından qovacağını bildirib.
“Report” xəbər verir ki, bu barədə Tramp Şimali Karolinada partiya üzvləri ilə görüşü zamanı deyib.
“5 noyabr 2024-cü ildə biz korrupsioner siyasi isteblişmentə qarşı mövqe nümayiş etdirəcəyik. Joe Biden adlı tamamilə korrupsioner prezidenti Ağ Evdən qovacağıq. Mən heç vaxt təslim olmaram, heç vaxt məğlub olmayacağam. Sizin üçün mübarizəni heç vaxt dayandırmayacağam”, - deyə o qeyd edib.
Xəbər lenti
0