https://sputnik.az/20230611/nato-ukraynanin-alyansa-daxil-olmasi-ile-bagli-konsensusun-olmadigini-etiraf-edib-455808568.html
NATO Ukraynanın alyansa daxil olması ilə bağlı konsensusun olmadığını etiraf edib
NATO Ukraynanın alyansa daxil olması ilə bağlı konsensusun olmadığını etiraf edib
Sputnik Azərbaycan
NATO baş katibinin müavini Mirça Coanenin fikrincə, müvafiq qərarın qəbulu Ukraynada hərbi əməliyyatlar bitənə qədər təxirə salınmalıdır. 11.06.2023, Sputnik Azərbaycan
2023-06-11T11:42+0400
2023-06-11T11:42+0400
2023-06-11T12:18+0400
dünya xəbərləri
nato
ukrayna
konsensus
üzvlük
https://cdnn1.img.sputnik.az/img/07e6/05/10/441978739_0:159:3076:1889_1920x0_80_0_0_98017b86711f940a26ba5b26464b2c04.jpg
BAKI, 11 iyun - Sputnik. Bu günə qədər NATO daxilində Ukraynanın alyansa daxil olması ilə bağlı konsensus yoxdur. Belə bir bəyanatla qurumun baş katibinin müavini Mirça Coane “DCNews” “YouTube” kanalında çıxış edib.“Hazırda NATO daxilində Ukraynanın ora daxil olması ilə bağlı konsensus yoxdur”, - deyə Şimali Atlantika Alyansının nümayəndəsi bildirib.Onun fikrincə, müvafiq qərarın qəbulu Ukraynada hərbi əməliyyatlar bitənə qədər təxirə salınmalıdır. Eyni zamanda, blok daxilində bu mövzuda müzakirələrin intensiv olduğunu qeyd edən Coane əlavə edib ki, Vilnüsdə keçiriləcək sammit zamanı Ukrayna lideri Vladimir Zelenskinin NATO üzvü olan ölkələrin başçıları ilə bir masa arxasında əyləşməsi planlaşdırılır."Hazırda aydın olub ki, Ukrayna NATO-ya, Qərb demokratiyalarına həmişəkindən daha yaxındır", - deyə baş katibin müavini vurğulayıb.Bundan əvvəl Vladimir Zelenskinin ofisinin rəhbərinin müavini İqor Jovkva bildirib ki, Şimali Atlantika Alyansına üzv 20 ölkə Ukraynanın NATO-ya üzvlüyünə dəstəyini sənədləşdirib. Xatırladaq ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov əvvəllər diqqəti ona yönəldirdi ki, məhz Kiyevin Şimali Atlantika Alyansına qoşulmağa istiqamətlənməsi xüsusi hərbi əməliyyatın başlamasının səbəblərindən biri olub. Onun sözlərinə görə, Ukraynanı NATO-ya qəbul etmək çağırışları ilə Vladimir Zelenski Moskva ilə dialoqdan imtina edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/10/441978739_174:0:2903:2047_1920x0_80_0_0_f940ab237cfdfb6e51155405c8838c02.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
nato, ukrayna, konsensus, üzvlük
nato, ukrayna, konsensus, üzvlük
NATO Ukraynanın alyansa daxil olması ilə bağlı konsensusun olmadığını etiraf edib
11:42 11.06.2023 (Yenilənib: 12:18 11.06.2023) NATO baş katibinin müavini Mirça Coanenin fikrincə, müvafiq qərarın qəbulu Ukraynada hərbi əməliyyatlar bitənə qədər təxirə salınmalıdır.
BAKI, 11 iyun - Sputnik. Bu günə qədər NATO daxilində Ukraynanın alyansa daxil olması ilə bağlı konsensus yoxdur. Belə bir bəyanatla qurumun baş katibinin müavini Mirça Coane “DCNews” “YouTube” kanalında çıxış edib.
“Hazırda NATO daxilində Ukraynanın ora daxil olması ilə bağlı konsensus yoxdur”, - deyə Şimali Atlantika Alyansının nümayəndəsi bildirib.
Onun fikrincə, müvafiq qərarın qəbulu Ukraynada hərbi əməliyyatlar bitənə qədər təxirə salınmalıdır. Eyni zamanda, blok daxilində bu mövzuda müzakirələrin intensiv olduğunu qeyd edən Coane əlavə edib ki, Vilnüsdə keçiriləcək sammit zamanı Ukrayna lideri Vladimir Zelenskinin NATO üzvü olan ölkələrin başçıları ilə bir masa arxasında əyləşməsi planlaşdırılır.
"Hazırda aydın olub ki, Ukrayna NATO-ya, Qərb demokratiyalarına həmişəkindən daha yaxındır", - deyə baş katibin müavini vurğulayıb.
Bundan əvvəl Vladimir Zelenskinin ofisinin rəhbərinin müavini İqor Jovkva bildirib ki, Şimali Atlantika Alyansına üzv 20 ölkə Ukraynanın NATO-ya üzvlüyünə dəstəyini sənədləşdirib.
Xatırladaq ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov əvvəllər diqqəti ona yönəldirdi ki, məhz Kiyevin Şimali Atlantika Alyansına qoşulmağa istiqamətlənməsi xüsusi hərbi əməliyyatın başlamasının səbəblərindən biri olub. Onun sözlərinə görə, Ukraynanı NATO-ya qəbul etmək çağırışları ilə Vladimir Zelenski Moskva ilə dialoqdan imtina edir.