https://sputnik.az/20230611/kurdemirde-bas-veren-qetlin-teferruatlari-melum-olub-455806997.html
Kürdəmirdə baş verən qətlin təfərrüatları məlum olub
Kürdəmirdə baş verən qətlin təfərrüatları məlum olub
Sputnik Azərbaycan
Mərhum Müşfiq Məmmədov Bakı şəhərindən Kürdəmirə oğlunun sabah baş tutacaq magistratura imtahanında iştirak etmək üçün gəlibmiş. 11.06.2023, Sputnik Azərbaycan
2023-06-11T09:52+0400
2023-06-11T09:52+0400
2023-06-11T10:02+0400
hadisə
qətl
kürdəmir
magistratura
imtahan
mübahisə
"makarov"
https://cdnn1.img.sputnik.az/img/41942/35/419423531_0:0:1001:563_1920x0_80_0_0_3bedcd1cf0d9c3a47e901d78fb0fe37f.jpg
BAKI, 11 iyun - Sputnik. Kürdəmirdə baş verən qətlin təfərrüatları məlum olub."Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, 55 yaşlı rayon sakini 46 yaşlı həmyerlisinə “Makarov” tipli tapança ilə 3 güllə xəsarəti yetirərək onu qətlə yetirib.Hadisə rayonun 69-cu məhəlləsi adlanan ərazisində qeydə alınıb. Belə ki, aralarında yaranan mübahisə zəminində rayonun Muradxan kənd sakini əvvəllər məhkum olunmuş 1968-ci il təvəllüdlü İslamov Cümşüd Rizvan oğlu rayonun Sor-Sor kənd sakini hazırda Bakı şəhərində yaşayan 1977-ci il təvəllüdlü Məmmədov Müşfiq Cümşüd oğluna “Makarov” tipli tapança ilə üç güllə xəsarəti yetirib.Yaralı dərhal ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və əməliyyata alınıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o xəstəxanada dünyasını dəyişib.Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. Hadisəni törədən Cümşüd İslamov isə rayon polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Ondan cinayət aləti olan “Makarov” tapançası aşkar olunaraq götürülüb.Qeyd edək ki, mərhum Müşfiq Məmmədov Bakı şəhərindən Kürdəmirə oğlunun sabah Mingəçevir şəhərində baş tutacaq magistratura imtahanında iştirak etmək üçün gəlibmiş.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41942/35/419423531_83:0:834:563_1920x0_80_0_0_49ccc8293120f646ed5b40f7794b66d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qətl, kürdəmir, magistratura, imtahan, mübahisə, "makarov"
qətl, kürdəmir, magistratura, imtahan, mübahisə, "makarov"
Kürdəmirdə baş verən qətlin təfərrüatları məlum olub
09:52 11.06.2023 (Yenilənib: 10:02 11.06.2023) Mərhum Müşfiq Məmmədov Bakı şəhərindən Kürdəmirə oğlunun sabah baş tutacaq magistratura imtahanında iştirak etmək üçün gəlibmiş.
BAKI, 11 iyun - Sputnik. Kürdəmirdə baş verən qətlin təfərrüatları məlum olub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, 55 yaşlı rayon sakini 46 yaşlı həmyerlisinə “Makarov” tipli tapança ilə 3 güllə xəsarəti yetirərək onu qətlə yetirib.
Hadisə rayonun 69-cu məhəlləsi adlanan ərazisində qeydə alınıb. Belə ki, aralarında yaranan mübahisə zəminində rayonun Muradxan kənd sakini əvvəllər məhkum olunmuş 1968-ci il təvəllüdlü İslamov Cümşüd Rizvan oğlu rayonun Sor-Sor kənd sakini hazırda Bakı şəhərində yaşayan 1977-ci il təvəllüdlü Məmmədov Müşfiq Cümşüd oğluna “Makarov” tipli tapança ilə üç güllə xəsarəti yetirib.
Yaralı dərhal ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və əməliyyata alınıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o xəstəxanada dünyasını dəyişib.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. Hadisəni törədən Cümşüd İslamov isə rayon polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Ondan cinayət aləti olan “Makarov” tapançası aşkar olunaraq götürülüb.
Qeyd edək ki, mərhum Müşfiq Məmmədov Bakı şəhərindən Kürdəmirə oğlunun sabah Mingəçevir şəhərində baş tutacaq magistratura imtahanında iştirak etmək üçün gəlibmiş.