https://sputnik.az/20230611/bilesuvardaki-qetlin-bezi-teferruatlari-melum-olub-455817177.html
Biləsuvardakı qətlin bəzi təfərrüatları məlum olub
Biləsuvardakı qətlin bəzi təfərrüatları məlum olub
Sputnik Azərbaycan
Almasov rayon xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Lakin həkimlərin səyinə baxmayaraq, xəstəxanada vəfat edib. 11.06.2023, Sputnik Azərbaycan
2023-06-11T18:06+0400
2023-06-11T18:06+0400
2023-06-11T21:59+0400
hadisə
qətl
biləsuvar
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0c/425700701_0:0:1200:676_1920x0_80_0_0_7477487b18b76bed2807a3ecb5a17063.jpg
BAKI, 11 iyun - Sputnik. Biləsuvar rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.“Report”un əldə etdiyi məlumata görə, hadisə 8 iyun saat 16:35 radələrində Biləsuvar-Bəhrəmtəpə yolunun 12-ci km-də, yol kənarında qeydə alınıb.Belə ki, Biləsuvar rayonu Nəsimi kənd sakini, Şəbiyev Elşən Bəhlul oğlu şəxsi münasibətlər zəminində qabaqcadan özü ilə hadisə yerinə gətirdiyi bıçaqla 1969-cu il təvəllüdlü, həmkəndlisi və qayınatası Almasov Azad Xeyrulla oğlunun qəsdən qarının ön divarına beş dəfə və döş qəfəsinə bir dəfə zərbə endirib. Nəticədə sonuncu döş qəfəsinin daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarəti alıb.Sonra E.Şəbiyev kənar şəxslərin hadisə yerinə gəldiklərini görərək oradan qaçıb.A.Almasov rayon xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Lakin həkimlərin səyinə baxmayaraq, xəstəxanada vəfat edib.Məlumata görə, hadisəyə ilkin səbəb kimi E.Şəbiyevin həyat yoldaşından boşanmaq istəməsi göstərilir. Belə ki, mərhum qayınata A.Almasov E.Şəbiyevin onun qızından ayrılması ilə razı deyilmiş.Faktla bağlı Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır. İş üzrə Şəbiyev Elşən Bəhlul oğlunun həmin cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən o şübhəli şəxs qismində tutulub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0c/425700701_133:0:1200:800_1920x0_80_0_0_3a462e6f843dfe33779ca9f2848ecad3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qətl, biləsuvar
Biləsuvardakı qətlin bəzi təfərrüatları məlum olub
18:06 11.06.2023 (Yenilənib: 21:59 11.06.2023) Almasov rayon xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Lakin həkimlərin səyinə baxmayaraq, xəstəxanada vəfat edib.
BAKI, 11 iyun - Sputnik. Biləsuvar rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, hadisə 8 iyun saat 16:35 radələrində Biləsuvar-Bəhrəmtəpə yolunun 12-ci km-də, yol kənarında qeydə alınıb.
Belə ki, Biləsuvar rayonu Nəsimi kənd sakini, Şəbiyev Elşən Bəhlul oğlu şəxsi münasibətlər zəminində qabaqcadan özü ilə hadisə yerinə gətirdiyi bıçaqla 1969-cu il təvəllüdlü, həmkəndlisi və qayınatası Almasov Azad Xeyrulla oğlunun qəsdən qarının ön divarına beş dəfə və döş qəfəsinə bir dəfə zərbə endirib. Nəticədə sonuncu döş qəfəsinin daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarəti alıb.
Sonra E.Şəbiyev kənar şəxslərin hadisə yerinə gəldiklərini görərək oradan qaçıb.
A.Almasov rayon xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Lakin həkimlərin səyinə baxmayaraq, xəstəxanada vəfat edib.
Məlumata görə, hadisəyə ilkin səbəb kimi E.Şəbiyevin həyat yoldaşından boşanmaq istəməsi göstərilir. Belə ki, mərhum qayınata A.Almasov E.Şəbiyevin onun qızından ayrılması ilə razı deyilmiş.
Faktla bağlı Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır. İş üzrə Şəbiyev Elşən Bəhlul oğlunun həmin cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən o şübhəli şəxs qismində tutulub.