https://sputnik.az/20230611/almaniya-simal-axini-ve-simal-axini--2-nin-partladilmasinda-polsanin-rolunu-arasdirir-455808191.html
Almaniya “Şimal axını” və “Şimal axını -2”-nin partladılmasında Polşanın rolunu araşdırır
Almaniya “Şimal axını” və “Şimal axını -2”-nin partladılmasında Polşanın rolunu araşdırır
Sputnik Azərbaycan
Polşa xüsusi xidmət orqanlarının koordinatorunun təmsilçisi Stanislav Jarın isə ölkəsinin “Şimal axını” və “Şimal axını -2” qaz kəmərlərinin partladılması ilə... 11.06.2023, Sputnik Azərbaycan
2023-06-11T10:53+0400
2023-06-11T10:53+0400
2023-06-11T12:19+0400
dünya xəbərləri
"şimal axını-2"
terror
almaniya
polşa
partlayış
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1c/446814627_0:25:1146:670_1920x0_80_0_0_a1070c553465863a1d28018afd12c106.jpg
BAKI, 11 iyun - Sputnik. Almaniya tədqiqatçıları Baltik dənizində Rusiya qazının nəql olunduğu “Şimal axını” və “Şimal axını -2” qaz kəmərlərinin partladılmasında Polşanın rolunu araşdırırlar.APA-nın xəbərinə görə, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.Qeyd edilib ki, ehtimal olunan təxribatçıların hücum üçün Polşadan baza kimi istifadə edə biləcəklərinə dair sübutlar var. Qaz kəmərlərinin partladılmasında istifadə edildiyi ehtimal edilən “Andromeda” yaxtası ilə bağlı məlumatların analizi buna əsas verir. Alman tədqiqatçılar naviqasiya avadanlıqları, peyk çəkilişləri, mobil telefon zəngləri və elektron yazışmaların araşdırılması nəticəsində “Andromeda” yaxtasının iki həftəlik marşrutunu müəyyənləşdiriblər. Məlum olub ki, yaxta Polşa sularına daxil olmaq üçün kursundan yayınıb. Yaxtadan götürülən DNK materialları minimum bir Ukrayna əsgərinə aiddir.Polşa xüsusi xidmət orqanlarının koordinatorunun təmsilçisi Stanislav Jarın isə ölkəsinin “Şimal axını” və “Şimal axını -2” qaz kəmərlərinin partladılması ilə hər hansı əlaqəsinin olmadığını bildirib. Stanislav Jarın Polşanın hadisə ilə əlaqələndirilməsinin tamamilə əsassız olduğunu vurğulayıb və kəmərlərin Rusiya tərəfindən partladılması versiyasının qüvvədə qaldığını söyləyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1c/446814627_111:0:1036:694_1920x0_80_0_0_faf9163b8459197ed0428bd72ce4853c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"şimal axını-2", terror, almaniya, polşa, partlayış
"şimal axını-2", terror, almaniya, polşa, partlayış
Almaniya “Şimal axını” və “Şimal axını -2”-nin partladılmasında Polşanın rolunu araşdırır
10:53 11.06.2023 (Yenilənib: 12:19 11.06.2023) Polşa xüsusi xidmət orqanlarının koordinatorunun təmsilçisi Stanislav Jarın isə ölkəsinin “Şimal axını” və “Şimal axını -2” qaz kəmərlərinin partladılması ilə hər hansı əlaqəsinin olmadığını bildirib.
BAKI, 11 iyun - Sputnik. Almaniya tədqiqatçıları Baltik dənizində Rusiya qazının nəql olunduğu “Şimal axını” və “Şimal axını -2” qaz kəmərlərinin partladılmasında Polşanın rolunu araşdırırlar.
APA-nın xəbərinə görə, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Qeyd edilib ki, ehtimal olunan təxribatçıların hücum üçün Polşadan baza kimi istifadə edə biləcəklərinə dair sübutlar var. Qaz kəmərlərinin partladılmasında istifadə edildiyi ehtimal edilən “Andromeda” yaxtası ilə bağlı məlumatların analizi buna əsas verir. Alman tədqiqatçılar naviqasiya avadanlıqları, peyk çəkilişləri, mobil telefon zəngləri və elektron yazışmaların araşdırılması nəticəsində “Andromeda” yaxtasının iki həftəlik marşrutunu müəyyənləşdiriblər. Məlum olub ki, yaxta Polşa sularına daxil olmaq üçün kursundan yayınıb. Yaxtadan götürülən DNK materialları minimum bir Ukrayna əsgərinə aiddir.
Polşa xüsusi xidmət orqanlarının koordinatorunun təmsilçisi Stanislav Jarın isə ölkəsinin “Şimal axını” və “Şimal axını -2” qaz kəmərlərinin partladılması ilə hər hansı əlaqəsinin olmadığını bildirib. Stanislav Jarın Polşanın hadisə ilə əlaqələndirilməsinin tamamilə əsassız olduğunu vurğulayıb və kəmərlərin Rusiya tərəfindən partladılması versiyasının qüvvədə qaldığını söyləyib.