https://sputnik.az/20230610/zakir-hesenov-turkiyeli-hemkarina-bassagligi-verib--455793988.html
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Sputnik Azərbaycan
Türkiyənin Milli müdafiə naziri Yaşar Güler raket fabrikindəki partlayışa görə Hatay səfərini yarımçıq qoyaraq Ankaraya qayıdıb. 10.06.2023, Sputnik Azərbaycan
2023-06-10T16:15+0400
2023-06-10T16:15+0400
2023-06-10T17:14+0400
hərbi
yaşar gülər
zakir həsənov
müdafiə naziri zakir həsənov
https://cdnn1.img.sputnik.az/img/41800/89/418008941_0:0:2000:1125_1920x0_80_0_0_74c7ac49faab4bdd1c7d96e9ee711b07.jpg
BAKI, 10 iyun - Sputnik. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı ünvanlayıb.Azərbaycan Müdafiə Nazirliyinin yaydığı başsağlığında deyilir: "Ankaranın Almadağ bölgəsindəki zavodda baş vermiş partlayış nəticəsində beş nəfərin həlak olması və insanların yaralanması xəbəri məni hədsiz kədərləndirir.Həlak olmuşlara Allahdan rəhmət diləyir, yaxınlarının dərdinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və səbir arzulayıram. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.Allah rəhmət eləsin".***Türkiyənin milli müdafiə naziri Yaşar Güler Suriya ilə sərhəddə yerləşən Hatay vilayətinə səfərini yarımçıq qoyub və Ankara şəhərinin Almadağ bölgəsində yerləşən raket və onlar üçün sursat istehsal edən fabrikdə partlayış xəbərindən sonra paytaxta qayıdıb."Hürriyet“ qəzetinin yazdığına görə, milli müdafiə naziri Yaşar Güler Hatay vilayətində proqramını yarımçıq qoyaraq Ankaraya yollanıb. Qeyd edək ki, fabrikdə baş verən partlayış nəticəsində 5 nəfər ölüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41800/89/418008941_193:0:1966:1330_1920x0_80_0_0_e4de49091e4431ddaba7b579a6ea87e5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yaşar gülər, zakir həsənov, müdafiə naziri zakir həsənov
yaşar gülər, zakir həsənov, müdafiə naziri zakir həsənov
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
16:15 10.06.2023 (Yenilənib: 17:14 10.06.2023) Türkiyənin Milli müdafiə naziri Yaşar Güler raket fabrikindəki partlayışa görə Hatay səfərini yarımçıq qoyaraq Ankaraya qayıdıb.
BAKI, 10 iyun - Sputnik. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı ünvanlayıb.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı başsağlığında deyilir:
"Ankaranın Almadağ bölgəsindəki zavodda baş vermiş partlayış nəticəsində beş nəfərin həlak olması və insanların yaralanması xəbəri məni hədsiz kədərləndirir.
Həlak olmuşlara Allahdan rəhmət diləyir, yaxınlarının dərdinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və səbir arzulayıram. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.
Allah rəhmət eləsin".
Türkiyənin milli müdafiə naziri Yaşar Güler Suriya ilə sərhəddə yerləşən Hatay vilayətinə səfərini yarımçıq qoyub və Ankara şəhərinin Almadağ bölgəsində yerləşən raket və onlar üçün sursat istehsal edən fabrikdə partlayış xəbərindən sonra paytaxta qayıdıb.
"Hürriyet“ qəzetinin yazdığına görə, milli müdafiə naziri Yaşar Güler Hatay vilayətində proqramını yarımçıq qoyaraq Ankaraya yollanıb.
Qeyd edək ki, fabrikdə baş verən partlayış nəticəsində 5 nəfər ölüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.