https://sputnik.az/20230610/seudiyye-erebistani-ile-munasibetlerin-normallasmasi-sicrayisa-yol-acacaq---netanyahu-455800697.html
Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşması "sıçrayış"a yol açacaq - Netanyahu
Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşması "sıçrayış"a yol açacaq - Netanyahu
Sputnik Azərbaycan
İsrailin Baş naziri bildirib ki, Səudiyyə Ərəbistanı təkcə ərəb dünyasında deyil, islam dünyasında da ən təsiredici ölkə olduğundan, onunla münasibətlərin... 10.06.2023, Sputnik Azərbaycan
2023-06-10T20:17+0400
2023-06-10T20:17+0400
2023-06-10T20:17+0400
benyamin netanyahu
dünya xəbərləri
israil
səudiyyə ərəbistanı
təl-əviv
fələstin
münasibətlər
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0c/424911398_0:143:3133:1905_1920x0_80_0_0_729fc13a9b35f719150e1be0ea2c4dca.jpg
BAKI, 10 iyun— Sputnik. İsrail başda Səudiyyə Ərəbistanı olmaqla bütün ərəb ölkələri ilə münasibətləri normallaşdırmağa hazırdır. Bunu İsrailin Baş naziri Benyamin Netanyahu İngiltərənin "Sky News" telekanalına verdiyi müsahibədə bildirib. Netanyahu deyib ki, iki ölkə arasında bölgədəki sülhü, insan haqlarının rifahını daha da artırmaq üçün böyük fürsətlər mövcuddur. "Bunun tarixi də dəyişdirəcəyini düşünürəm", - Netanyahu deyib. "Səudiyyə Ərəbistanı təkcə ərəb dünyasında deyil, islam dünyasında da ən təsiredici ölkə olduğundan düşünürəm ki, bu ölkə ilə münasibətlərin yaxşılaşması gələcək üçün böyük sıçrayış olacaq", - deyə o, əlavə edib. Fələstin məsələsinə dair isə Netanyahu bildirib ki, Ərəb-İsrail münaqişəsinin sona çatmasının Fələstin-İsrail münaqişəsinə də təsir edəcəyinə inanır. Səudiyyə Ərəbistanı hökuməti isə öz növbəsində bildirib ki, Fələstin məsələsi həllini tapmadan İsraillə münasibətləri normallaşdırmağı və Təl-Əviv rəhbərliyi ilə əlaqə qurmağı planlaşdırmır.
təl-əviv
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0c/424911398_201:0:2932:2048_1920x0_80_0_0_ca439c7079e2ef0ddf99716c9854c386.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
benyamin netanyahu, israil, səudiyyə ərəbistanı, təl-əviv, fələstin, münasibətlər
benyamin netanyahu, israil, səudiyyə ərəbistanı, təl-əviv, fələstin, münasibətlər
Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşması "sıçrayış"a yol açacaq - Netanyahu
İsrailin Baş naziri bildirib ki, Səudiyyə Ərəbistanı təkcə ərəb dünyasında deyil, islam dünyasında da ən təsiredici ölkə olduğundan, onunla münasibətlərin yaxşılaşması gələcək üçün böyük sıçrayış olacaq.
BAKI, 10 iyun— Sputnik. İsrail başda Səudiyyə Ərəbistanı olmaqla bütün ərəb ölkələri ilə münasibətləri normallaşdırmağa hazırdır.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu İngiltərənin "Sky News" telekanalına verdiyi müsahibədə bildirib.
Netanyahu deyib ki, iki ölkə arasında bölgədəki sülhü, insan haqlarının rifahını daha da artırmaq üçün böyük fürsətlər mövcuddur.
"Bunun tarixi də dəyişdirəcəyini düşünürəm", - Netanyahu deyib.
"Səudiyyə Ərəbistanı təkcə ərəb dünyasında deyil, islam dünyasında da ən təsiredici ölkə olduğundan düşünürəm ki, bu ölkə ilə münasibətlərin yaxşılaşması gələcək üçün böyük sıçrayış olacaq", - deyə o, əlavə edib.
Fələstin məsələsinə dair isə Netanyahu bildirib ki, Ərəb-İsrail münaqişəsinin sona çatmasının Fələstin-İsrail münaqişəsinə də təsir edəcəyinə inanır.
Səudiyyə Ərəbistanı hökuməti isə öz növbəsində bildirib ki, Fələstin məsələsi həllini tapmadan İsraillə münasibətləri normallaşdırmağı və Təl-Əviv rəhbərliyi ilə əlaqə qurmağı planlaşdırmır.