CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qocalıq amilinə görə ailələr oğlan övladı dünyaya gətirir

© pixabay / PexelsAna və uşağı, arxiv şəkli
Ana və uşağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.06.2023
Abunə olmaq
Yaşlı valideynlər səmərəli sosial təminat mexanizmlərinin olmadığı təqdirdə daha çox oğullarının dəstəyinə güvənməli olurlar
BAKI, 10 iyun - Sputnik. Oğlan uşaqlarına üstünlük verilməsi ayrı-seçkiliyə səbəb olan sosial-iqtisadi təcrübələri və ənənələri əks etdirir. Belə ki, vərəsəlik və torpaq hüquqları əsasən kişi xətti ilə ötürülür. Kişilərin əmək bazarında payının daha çox olması onların ailənin əsas maddi təminatçısı rolunu əhəmiyyətli dərəcədə gücləndirir. Yaşlı valideynlər səmərəli sosial təminat mexanizmlərinin olmadığı təqdirdə daha çox oğullarının dəstəyinə güvənməli olurlar. Bundan başqa, cəmiyyətin yazılmamış qanunlarına görə yalnız oğlan uşağına ailə soyadının və nəslin davamçısı, müəyyən dini və mədəni mərasimlərin icraçısı kimi baxılır. Qızlar isə adətən “köçəri quş” kimi qəbul edilir, onlar ailə qurarkən başqa ailəyə köçür və ehtiyac yarandıqda yaşlı valideynlərinə dəstək olmaq imkanları məhdud olur. Bu cür ənənələr qadınların dünyaya oğul övladı gətirməsi üçün ciddi təzyiqlərə məruz qalmasına səbəb olur.
Bu barədə BMT-nin Əhali Fondu tərəfindən Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli vərdişlərin aradan qaldırılması üçün Azərbaycan mediasında gender həssaslığının artırılması üzrə II təlimdə jurnalistlərə verilən məlumatda bildirilib.
Qeyd olunub ki, oğlan uşaqlarına üstünlük verilməsi Azərbaycanda tarixən mövcud olan bir fenomendir. 1990-cı illərdə yaranmış iqtisadi vəziyyətə görə ailələr daha az sayda övlada sahib olmağa üstünlük verməyə başladı. Bu səbəbdən nəsilvermədə baş verən tənəzzül dünyaya gələn uşaqlar arasında cinsə görə nisbətin pozulmasına şərait yaratdı.
Belə ki, ailədə uşaqların sayı azaldıqca oğlan uşaqlarına üstünlük verilməsi daha aydın şəkildə özünü büruzə verməyə başladı.
Məlumatda həmçİnjn illər üzrə rəqəmlər açıqlanıb. Nəsilvermə əmsalı illər üzrə 1961-ci ildə 5.2, 1975-ci ildə 3.7, 1990-cı ildə 2.8, 2001-ci ildə 1.8, 2010-cu ildə 2.3, 2017-ci ildə 1.9, 2020-ci ildə 1.7, 2021-ci ildə 1.5 olub.
Xəbər lenti
0