https://sputnik.az/20230610/qazaxistanda-mese-yanginlari-14-neferin-heyatina-son-qoyub-455805027.html
Qazaxıstanda meşə yanğınları 14 nəfərin həyatına son qoyub - video
Qazaxıstanda meşə yanğınları 14 nəfərin həyatına son qoyub - video
Sputnik Azərbaycan
Yanğınla mübarizəyə 662 canlı qüvvə və 177 texnika cəlb olunub. Aviasiya texnikası (altı helikopter) ümumi həcmi 192 ton olan 80 su atışı həyata keçirib. 10.06.2023, Sputnik Azərbaycan
2023-06-10T18:49+0400
2023-06-10T18:49+0400
2023-06-11T10:06+0400
dünya xəbərləri
qazaxıstan
meşə yanğınları
https://cdnn1.img.sputnik.az/img/07e6/02/16/439442528_0:0:3073:1728_1920x0_80_0_0_f5d4afa24b3d9c957db9e23f31026168.jpg
BAKI, 10 iyun - Sputnik. Qazaxıstan Nazirlər Kabinetinin açıqlamasında bildirilir ki, baş nazir Əlixan İsmayılov meşə yanğını ilə bağlı təcili iclas keçirib.Ölkənin şərqindəki Abay vilayətində Semey meşəsində iyunun 8-də baş verən yanğının dünəndən etibarən sürətlə yayılmağa başladığı, yanğının söndürülməsi üçün bölgəyə qonşu dövlətlərdən yanğınsöndürənlərin göndərildiyi bildirilib.Qazaxıstanda iyunun 8-dən başlayan meşə yanğınları davam edir.Sputnik Qazaxıstan-ın məlumatına görə, ölkədə meşə yanğını 60 min hektardan çox əraziyə yayılıb. Qazaxıstan Fövqəladə Hallar Nazirliyi bildirib ki, yanğına 1000-ə yaxın yanğınsöndürən, 237 texnika və 11 helikopter müdaxilə edir. Abay rayonunda baş vermiş yanğının söndürülməsi üzrə əməliyyat qərargahından verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri zamanı daha 11 nəfərin meyiti aşkarlanıb, ölənlərin kimliyi müəyyənləşdirilir. Bununla da meşə yanğınlarında ölənlərin sayı 14 nəfərə çatıb. Bundan əvvəl meşə təsərrüfatının itkin düşmüş 3 əməkdaşının meyitinin tapıldığı açıqlanmışdı.Qazaxıstan Nazirlər Kabinetinin açıqlamasında bildirilir ki, baş nazir Əlixan İsmayılov meşə yanğını ilə bağlı təcili iclas keçirib.Ölkənin şərqindəki Abay vilayətində Semey meşəsində iyunun 8-də baş verən yanğının dünəndən etibarən sürətlə yayılmağa başladığı, yanğının söndürülməsi üçün bölgəyə qonşu dövlətlərdən yanğınsöndürənlərin göndərildiyi bildirilib.***Qazaxıstanın Abay bölgəsinin Semey meşəsində baş verən yanğın nəticəsində 14 nəfər ölüb.Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Qeyd edilir ki, yanğınla mübarizəyə 662 canlı qüvvə və 177 texnika cəlb olunub. Aviasiya texnikası (altı helikopter) ümumi həcmi 192 ton olan 80 su atışı həyata keçirib.Mövcud vəziyyəti nəzərə alaraq, əlavə olaraq Astana şəhəri və Qaraqanda vilayəti Fövqəladə Hallar Departamentinin 133 nəfərlik canlı qüvvə və vasitələrinin bir qrupunun və 48 texnikanın, həmçinin dörd helikopterin göndərilməsi qərara alınıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/16/439442528_170:0:2901:2048_1920x0_80_0_0_a88274a699d4b97c76605045afd0ae90.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qazaxıstan, meşə yanğınları
qazaxıstan, meşə yanğınları
Qazaxıstanda meşə yanğınları 14 nəfərin həyatına son qoyub - video
18:49 10.06.2023 (Yenilənib: 10:06 11.06.2023) Yanğınla mübarizəyə 662 canlı qüvvə və 177 texnika cəlb olunub. Aviasiya texnikası (altı helikopter) ümumi həcmi 192 ton olan 80 su atışı həyata keçirib.
BAKI, 10 iyun - Sputnik. Qazaxıstan Nazirlər Kabinetinin açıqlamasında bildirilir ki, baş nazir Əlixan İsmayılov meşə yanğını ilə bağlı təcili iclas keçirib.
Ölkənin şərqindəki Abay vilayətində Semey meşəsində iyunun 8-də baş verən yanğının dünəndən etibarən sürətlə yayılmağa başladığı, yanğının söndürülməsi üçün bölgəyə qonşu dövlətlərdən yanğınsöndürənlərin göndərildiyi bildirilib.
Qazaxıstanda iyunun 8-dən başlayan meşə yanğınları davam edir.
Sputnik Qazaxıstan-ın məlumatına görə, ölkədə meşə yanğını 60 min hektardan çox əraziyə yayılıb.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyi bildirib ki, yanğına 1000-ə yaxın yanğınsöndürən, 237 texnika və 11 helikopter müdaxilə edir.
Abay rayonunda baş vermiş yanğının söndürülməsi üzrə əməliyyat qərargahından verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri zamanı daha 11 nəfərin meyiti aşkarlanıb, ölənlərin kimliyi müəyyənləşdirilir. Bununla da meşə yanğınlarında ölənlərin sayı 14 nəfərə çatıb. Bundan əvvəl meşə təsərrüfatının itkin düşmüş 3 əməkdaşının meyitinin tapıldığı açıqlanmışdı.
Qazaxıstan Nazirlər Kabinetinin açıqlamasında bildirilir ki, baş nazir Əlixan İsmayılov meşə yanğını ilə bağlı təcili iclas keçirib.
Ölkənin şərqindəki Abay vilayətində Semey meşəsində iyunun 8-də baş verən yanğının dünəndən etibarən sürətlə yayılmağa başladığı, yanğının söndürülməsi üçün bölgəyə qonşu dövlətlərdən yanğınsöndürənlərin göndərildiyi bildirilib.
Qazaxıstanın Abay bölgəsinin Semey meşəsində baş verən yanğın nəticəsində 14 nəfər ölüb.
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, yanğınla mübarizəyə 662 canlı qüvvə və 177 texnika cəlb olunub. Aviasiya texnikası (altı helikopter) ümumi həcmi 192 ton olan 80 su atışı həyata keçirib.
Mövcud vəziyyəti nəzərə alaraq, əlavə olaraq Astana şəhəri və Qaraqanda vilayəti Fövqəladə Hallar Departamentinin 133 nəfərlik canlı qüvvə və vasitələrinin bir qrupunun və 48 texnikanın, həmçinin dörd helikopterin göndərilməsi qərara alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.