https://sputnik.az/20230610/ermeniler-azerbaycan-ordusunun-daskesendeki-movqelerini-atese-tutub-455779457.html
Ermənilər Azərbaycan Ordusunun Daşkəsəndəki mövqelərini atəşə tutub
Ermənilər Azərbaycan Ordusunun Daşkəsəndəki mövqelərini atəşə tutub
Sputnik Azərbaycan
Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. 10.06.2023, Sputnik Azərbaycan
2023-06-10T10:00+0400
2023-06-10T10:00+0400
2023-06-10T10:21+0400
hərbi
müdafiə nazirliyi
atəş
düşmənin atəş nöqtələri
daşkəsən rayonu
azərbaycan ordusu
https://cdnn1.img.sputnik.az/img/07e4/09/01/424818478_0:0:1001:563_1920x0_80_0_0_e1436c4e2454300ce0e0ef9708183497.jpg
BAKI, 10 iyun - Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 9-u saat 23:20-dən iyunun 10-u saat 00:35-dək Basarkeçər rayonunun Qaraiman və Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocalı və Şuşa rayonları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Füzuli, Xocalı, Xocavənd və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/01/424818478_124:0:875:563_1920x0_80_0_0_42c473b5a57cb5dace42db23f4e5fe9b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə nazirliyi, atəş, düşmənin atəş nöqtələri, daşkəsən rayonu, azərbaycan ordusu
müdafiə nazirliyi, atəş, düşmənin atəş nöqtələri, daşkəsən rayonu, azərbaycan ordusu
Ermənilər Azərbaycan Ordusunun Daşkəsəndəki mövqelərini atəşə tutub
10:00 10.06.2023 (Yenilənib: 10:21 10.06.2023) Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
BAKI, 10 iyun - Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 9-u saat 23:20-dən iyunun 10-u saat 00:35-dək Basarkeçər rayonunun Qaraiman və Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocalı və Şuşa rayonları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.
Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Füzuli, Xocalı, Xocavənd və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.