https://sputnik.az/20230610/dord-ile-qeder-azerbaycan-iqtisadiyyati-orta-hesabla-14--artacaq-455793745.html
Dörd ilə qədər Azərbaycan iqtisadiyyatı orta hesabla 1,4 % artacaq
Dörd ilə qədər Azərbaycan iqtisadiyyatı orta hesabla 1,4 % artacaq
Sputnik Azərbaycan
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin hesabatına görə, 2023-cü ildə ölkədə ÜDM-in real artımı 0% səviyyəsində proqnozlaşdırır. 10.06.2023, Sputnik Azərbaycan
2023-06-10T15:48+0400
2023-06-10T15:48+0400
2023-06-10T16:03+0400
iqtisadiyyat
dollar
milyon dollar
manat
milyard dollar
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1d/427073947_0:65:3414:1985_1920x0_80_0_0_d1f867e12cd4637fddd74727abd9a6ca.jpg
BAKL, 10 iyun - Sputnik. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2027-ci ilə qədər Azərbaycan iqtisadiyyatının orta hesabla 1,4 % artacağını proqnozlaşdırır.Bu barədə agentlik məlumat yayıb.Eyni zamanda, S&P 2023-cü ildə ölkədə ÜDM-in real artımını 0% səviyyəsində proqnozlaşdırır. Belə ki, bu il nominal ifadədə Azərbaycanın ÜDM-nin 131 milyard manat (77 milyard ABŞ dolları) olacağı proqnozlaşdırılır. 2022-ci ildə 134 milyard manat (79 milyard ABŞ dolları) olan bu göstəricinin 2024-cü ildə 137 milyard manata (81 milyard ABŞ dolları), 2025-ci ildə 143 milyard manata (84 milyard ABŞ dolları), 2026-cı ildə isə 148 milyard manata (87 milyard ABŞ dolları) çatacağı gözlənilir.“Azərbaycan iqtisadiyyatı böyük ölçüdə karbohidrogen sektorundan asılıdır, neft və qaz ixracın 90 %-ni və ÜDM-in təxminən 50 %-ni təşkil edir. Hazırda ölkə əlverişli neft qiymətlərindən faydalanır, bu da öz növbəsində Azərbaycanın maliyyə vəziyyətini və tədiyyə balansını dəstəkləyir. 2022-ci ildə “Brent” markalı neftin təxminən 100 dollar/barel səviyyəsində təxmin edilən orta qiymətini nəzərə alaraq, orta neft qiymətlərinin 2023-cü ildə 86 dollar/barel, sonrakı illərdə isə 85 dollar/barel səviyyəsində yüksək olaraq qalacağını gözləyirik”, - S&P qeyd edib (Report).Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1d/427073947_342:0:3073:2048_1920x0_80_0_0_e67599c8c8367d006dfc2af2e20b36e3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dollar, milyon dollar, manat, milyard dollar
dollar, milyon dollar, manat, milyard dollar
Dörd ilə qədər Azərbaycan iqtisadiyyatı orta hesabla 1,4 % artacaq
15:48 10.06.2023 (Yenilənib: 16:03 10.06.2023) “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin hesabatına görə, 2023-cü ildə ölkədə ÜDM-in real artımı 0% səviyyəsində proqnozlaşdırır.
BAKL, 10 iyun - Sputnik. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2027-ci ilə qədər Azərbaycan iqtisadiyyatının orta hesabla 1,4 % artacağını proqnozlaşdırır.
Bu barədə agentlik məlumat yayıb.
Eyni zamanda, S&P 2023-cü ildə ölkədə ÜDM-in real artımını 0% səviyyəsində proqnozlaşdırır. Belə ki, bu il nominal ifadədə Azərbaycanın ÜDM-nin 131 milyard manat (77 milyard ABŞ dolları) olacağı proqnozlaşdırılır. 2022-ci ildə 134 milyard manat (79 milyard ABŞ dolları) olan bu göstəricinin 2024-cü ildə 137 milyard manata (81 milyard ABŞ dolları), 2025-ci ildə 143 milyard manata (84 milyard ABŞ dolları), 2026-cı ildə isə 148 milyard manata (87 milyard ABŞ dolları) çatacağı gözlənilir.
“Azərbaycan iqtisadiyyatı böyük ölçüdə karbohidrogen sektorundan asılıdır, neft və qaz ixracın 90 %-ni və ÜDM-in təxminən 50 %-ni təşkil edir. Hazırda ölkə əlverişli neft qiymətlərindən faydalanır, bu da öz növbəsində Azərbaycanın maliyyə vəziyyətini və tədiyyə balansını dəstəkləyir. 2022-ci ildə “Brent” markalı neftin təxminən 100 dollar/barel səviyyəsində təxmin edilən orta qiymətini nəzərə alaraq, orta neft qiymətlərinin 2023-cü ildə 86 dollar/barel, sonrakı illərdə isə 85 dollar/barel səviyyəsində yüksək olaraq qalacağını gözləyirik”, - S&P qeyd edib (Report).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.