https://sputnik.az/20230610/deyeri-20-milyon-manat-olan-512-kq-narkotik-dovriyyeden-cixarilib---vdeo-455792320.html
Dəyəri 20 milyon manat olan 512 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
Dəyəri 20 milyon manat olan 512 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
Sputnik Azərbaycan
Son bir ay ərzində Azərbaycanda 20 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb. 10.06.2023, Sputnik Azərbaycan
2023-06-10T14:55+0400
2023-06-10T14:55+0400
2023-06-10T15:53+0400
cəmiyyət
narkotik
narkotik maddələrin qanunsuz dövriyyəsi
narkotik vasitələrin qanunsuz dövriyyəsi
https://cdnn1.img.sputnik.az/img/42400/08/424000836_0:0:3073:1728_1920x0_80_0_0_59e132337831c97c0914eb3c2952912d.jpg
BAKI, 10 iyun - Sputnik. DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi son bir ay ərzində “qara” bazarda dəyəri 20 milyon manat olan 512 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.Bu barədə DİN məlumat yayıb.Qeyd olunub ki, milli genefondumuza mənfi təsir göstərən narkotiklərə qarşı mübarizə Daxili İşlər Nazirliyinin qarşısında dayanan əsas pirioritet istiqamətlərdən biridir. Bu sahədə Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 1 ay ərazində də intensiv əməliyyat tədbirləri həyata keçirilib. Nəticədə İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə narkotik vasitələr göndərən transmilli mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə narkotiklərin satışını təşkil edən şəxslərə qarşı paytaxt və bölgələrdə keçirilən əməliyyatlar zamanı 8 mütəşəkkil dəstənin üzvləri, o cümlədən 83 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən ”qara” bazarda dəyəri 20 milyon manat olan 512 kiloqram narkotik vasitə - kokain, heroin, tiryək, marixuana, psixotrop maddə - metamfetamin, eləcə də 13 min ədəd ekstazi və metadon həbi çıxarılıb. Əməliyyatlar paytaxtla yanaşı Sumqayıt şəhəri, Abşeron rayonu, bölgələrdə baş tutub. Baş İdarənin əməkdaşları tərəfindən çətin relyef, coğrafi və meşəlik şəraitindən, eləcə də Xəzər dənizinin İran sahillərindən qayıqlarla ölkəyə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı qətiyyətlə alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42400/08/424000836_156:0:2887:2048_1920x0_80_0_0_e967e911b2062ca749f8c534b84a3423.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
narkotik, narkotik maddələrin qanunsuz dövriyyəsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi
narkotik, narkotik maddələrin qanunsuz dövriyyəsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi
Dəyəri 20 milyon manat olan 512 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
14:55 10.06.2023 (Yenilənib: 15:53 10.06.2023) Son bir ay ərzində Azərbaycanda 20 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb.
BAKI, 10 iyun - Sputnik. DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi son bir ay ərzində “qara” bazarda dəyəri 20 milyon manat olan 512 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.
Bu barədə DİN məlumat yayıb.
Qeyd olunub ki, milli genefondumuza mənfi təsir göstərən narkotiklərə qarşı mübarizə Daxili İşlər Nazirliyinin qarşısında dayanan əsas pirioritet istiqamətlərdən biridir.
Bu sahədə Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 1 ay ərazində də intensiv əməliyyat tədbirləri həyata keçirilib. Nəticədə İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə narkotik vasitələr göndərən transmilli mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə narkotiklərin satışını təşkil edən şəxslərə qarşı paytaxt və bölgələrdə keçirilən əməliyyatlar zamanı 8 mütəşəkkil dəstənin üzvləri, o cümlədən 83 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən ”qara” bazarda dəyəri 20 milyon manat olan 512 kiloqram narkotik vasitə - kokain, heroin, tiryək, marixuana, psixotrop maddə - metamfetamin, eləcə də 13 min ədəd ekstazi və metadon həbi çıxarılıb.
Əməliyyatlar paytaxtla yanaşı Sumqayıt şəhəri, Abşeron rayonu, bölgələrdə baş tutub. Baş İdarənin əməkdaşları tərəfindən çətin relyef, coğrafi və meşəlik şəraitindən, eləcə də Xəzər dənizinin İran sahillərindən qayıqlarla ölkəyə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı qətiyyətlə alınıb.