Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda yetkinlik yaşına çatmayan iki nəfər bıçaqlanıb

© Sputnik / Murad OrujovPPX avtomobilləri
PPX avtomobilləri - Sputnik Azərbaycan, 1920, 10.06.2023
Abunə olmaq
İbtidai istintaq davam etdirilir.
BAKI, 10 iyun - Sputnik. Bakıda yetkinlik yaşına çatmayan iki nəfər bıçaqlanıb, 17 yaşlı şəxs saxlanılıb.
Bu barədə "Report"a Xəzər Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, iyunun 10-u saat 01 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yetkinlik yaşına çatmayan iki şəxsə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla 2006-cı il təvəllüdlü M.Babayevin (şərti) aralarında yaranmış mübahisə zamanı iki həmyaşıdına bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. M.Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
Xəbər lenti
0