SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılmasına RF FTX nəzarət edəcək

© Sputnik / Murad OrujovБизнес-форум Азербайджан-Татарстан
Бизнес-форум Азербайджан-Татарстан - Sputnik Azərbaycan, 1920, 10.06.2023
Abunə olmaq
Azərbaycan baş nazirinin müavini: Rusiya FTX Azərbaycan Respublikası ilə Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılmasına nəzarət edəcək
BAKI, 10 iyun - Sputnik. Azərbaycan Respublikası ilə Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılmasına Rusiya Federal Təhlükəsizlik Xidməti nəzarət edəcək.
Bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev "Moskva-Bakı" nəşrinə müsahibəsində deyib.
"9/10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinin təşkilinə nəzarət Rusiya FTX-nin sərhəd xidməti tərəfindən həyata keçiriləcək", - Şahin Mustafayev Rusiyanın Azərbaycan Respublikasının qərb rayonları ilə onun Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat kommunikasiyalarına nəzarəti həyata keçirib-keçirməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
“9/10 noyabr 2020-ci il tarixli Birgə Bəyanatın 9-cu bəndi əsasında onun müddəalarının tez bir zamanda həyata keçirilməsi üçün danışıqlar aparılır. Tapşırıqlar çox aydındır. Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb rayonları ilə birləşdirən mövcud nəqliyyat kommunikasiyalarının bərpası və yeni nəqliyyat kommunikasiyalarının tikintisi nəzərdə tutulur. Həm sərnişin, həm yük, həm də avtonəqliyyat vasitələrinin daşınması təmin olunacaq”, - deyə o, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı arasında nəqliyyat əlaqələrinin bərpası üzrə üçtərəfli işçi qrupunun iclası çərçivəsində aparılan danışıqların nəticələrini şərh edərkən bildirib.
O əlavə edib ki, hazırda texniki detalların razılaşdırılması üçün müzakirələr aparılır.
İyunun 2-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə Cənubi Qafqaz regionunda kommunikasiyaların blokdan çıxarılması üzrə üçtərəfli işçi qrupunun növbəti iclası keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0