https://sputnik.az/20230610/azad-edilmis-erazilerde-komanda-qerargah-telimi-kecirilib---vdeo-455786767.html
Azad edilmiş ərazilərdə komanda-qərargah təlimi keçirilib - VİDEO
Azad edilmiş ərazilərdə komanda-qərargah təlimi keçirilib - VİDEO
Sputnik Azərbaycan
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti komanda-qərargah təliminin gedişatını izləyib. 10.06.2023, Sputnik Azərbaycan
2023-06-10T13:58+0400
2023-06-10T13:58+0400
2023-06-10T14:00+0400
təlim
hərbi
hərbi təlimlər
hərbi təlim
işğaldan azad edilmiş ərazilər
zakir həsənov
müdafiə naziri zakir həsənov
general-polkovnik zakir həsənov
https://cdnn1.img.sputnik.az/img/07e7/06/0a/455786600_0:0:745:420_1920x0_80_0_0_20ecb71700e517f4c0ebc66065221cee.jpg
BAKI, 10 iyun — Sputnik. Quru Qoşunlarının hazırlıq planına əsasən, azad edilmiş ərazilərdə komanda-qərargah təlimi keçirilib. MN-dən verilən məlumata görə, təlimə cəlb olunan birlik, birləşmə və hissələr aidiyyəti üzrə müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilib, təyin olunmuş rayonlara çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin edilib, həmçinin digər qoşun növü bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyətlər icra olunub. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti komanda-qərargah təliminin gedişatını, o cümlədən bölmələrin ərazidə fəaliyyətini izləyib. General-polkovnik Z.Həsənov səhra şəraitində açılan komanda idarəetmə məntəqəsinə gələrək fəaliyyətlərin təşkilini yoxlayıb, əməliyyatların aparılması zamanı komandir və qərargah zabitlərinin xəritə, eləcə də ərazinin maketi üzərində qəbul edilən qərarlara dair məruzələrini dinləyib. Qeyd edilib ki, Vətən müharibəsi və sonraki əməliyyatlarda qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla çətin relyefli ərazilərdə müasir idarəetmə üsullarının tətbiq edilməsi ilə keçirilən təlimdə əsas məqsəd komandir və müvafiq vəzifəli şəxslərin bilik səviyyəsinin, eləcə də idarəetmə və çevik qərar qəbuletmə bacarıqlarının inkişaf etdirilməsidir. Sonra general-polkovnik Z.Həsənovun rəhbərliyi ilə təlimin yekun iclası keçirilib. Təlimin gedişatını müsbət qiymətləndirən nazir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları iclas iştirakçılarının diqqətinə çatdırıb. Müdafiə naziri Ali Baş Komandan tərəfindən qarşıya qoyulan tapşırıqları, Ordumuzun üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirmək, eləcə də mümkün təxribatların qarşısını dərhal və qətiyyətlə almağa hər an hazır olmaq barədə konkret göstərişlər verib. Sonda döyüş hazırlığının, o cümlədən hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, təlim və məşqlərin daha keyfiyyətli və intensiv keçirilməsi ilə bağlı vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyulub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/0a/455786600_0:0:745:560_1920x0_80_0_0_1d778dbb72a1ac06e7746e2345134133.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
təlim, hərbi təlimlər, hərbi təlim, işğaldan azad edilmiş ərazilər, zakir həsənov, müdafiə naziri zakir həsənov, general-polkovnik zakir həsənov
təlim, hərbi təlimlər, hərbi təlim, işğaldan azad edilmiş ərazilər, zakir həsənov, müdafiə naziri zakir həsənov, general-polkovnik zakir həsənov
Azad edilmiş ərazilərdə komanda-qərargah təlimi keçirilib - VİDEO
13:58 10.06.2023 (Yenilənib: 14:00 10.06.2023) Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti komanda-qərargah təliminin gedişatını izləyib.
BAKI, 10 iyun — Sputnik. Quru Qoşunlarının hazırlıq planına əsasən, azad edilmiş ərazilərdə komanda-qərargah təlimi keçirilib.
MN-dən verilən məlumata görə, təlimə cəlb olunan birlik, birləşmə və hissələr aidiyyəti üzrə müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilib, təyin olunmuş rayonlara çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin edilib, həmçinin digər qoşun növü bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyətlər icra olunub.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti komanda-qərargah təliminin gedişatını, o cümlədən bölmələrin ərazidə fəaliyyətini izləyib.
General-polkovnik Z.Həsənov səhra şəraitində açılan komanda idarəetmə məntəqəsinə gələrək fəaliyyətlərin təşkilini yoxlayıb, əməliyyatların aparılması zamanı komandir və qərargah zabitlərinin xəritə, eləcə də ərazinin maketi üzərində qəbul edilən qərarlara dair məruzələrini dinləyib.
Qeyd edilib ki, Vətən müharibəsi və sonraki əməliyyatlarda qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla çətin relyefli ərazilərdə müasir idarəetmə üsullarının tətbiq edilməsi ilə keçirilən təlimdə əsas məqsəd komandir və müvafiq vəzifəli şəxslərin bilik səviyyəsinin, eləcə də idarəetmə və çevik qərar qəbuletmə bacarıqlarının inkişaf etdirilməsidir.
Sonra general-polkovnik Z.Həsənovun rəhbərliyi ilə təlimin yekun iclası keçirilib.
Təlimin gedişatını müsbət qiymətləndirən nazir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları iclas iştirakçılarının diqqətinə çatdırıb.
Müdafiə naziri Ali Baş Komandan tərəfindən qarşıya qoyulan tapşırıqları, Ordumuzun üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirmək, eləcə də mümkün təxribatların qarşısını dərhal və qətiyyətlə almağa hər an hazır olmaq barədə konkret göstərişlər verib.
Sonda döyüş hazırlığının, o cümlədən hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, təlim və məşqlərin daha keyfiyyətli və intensiv keçirilməsi ilə bağlı vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyulub.