https://sputnik.az/20230609/qtisadci-lire-ucuzlasdigina-gore-turkiye-rusiyali-turistler-ucun-bahalasacaq-455756311.html
İqtisadçı: Lirə ucuzlaşdığına görə Türkiyə rusiyalı turistlər üçün bahalaşacaq
İqtisadçı: Lirə ucuzlaşdığına görə Türkiyə rusiyalı turistlər üçün bahalaşacaq
Sputnik Azərbaycan
İqtisadçının fikrincə, avro, dollar və ya funt sterlinq kimi xarici valyutaya malik olan turistlər və xüsusilə avropalı turistlər üçün Türkiyə "ucuz kurort... 09.06.2023, Sputnik Azərbaycan
2023-06-09T22:10+0400
2023-06-09T22:10+0400
2023-06-09T22:10+0400
lirə
iqtisadiyyat
turist
rus turist
türk lirəsi
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/13/434355545_0:0:3073:1728_1920x0_80_0_0_dffa4837b3d5b26cf2e35abdbdfbdad6.jpg
BAKI, 9 iyun — Sputnik. Milli valyutaya (lirəyə) nisbətən xarici valyutanın qiymətinin və məzənnəsinin artması ilə əlaqədar Türkiyə rusiyalı turistlər üçün daha bahalı olacaq. Bunu iqtisadçı Rəcəb Erçin RİA Novosti-yə bildirib. Lirə mayın sonundan etibarən dollara nisbətən ucuzlaşır. Bu dövrdə dollar Türkiyə valyutasına nisbətən 16,7% bahalaşıb. Cümə axşamı məzənnə ilk dəfə bir dollar üçün 23,5 lirədən yuxarı qalxıb. "Xarici valyuta qiymətlərinin artmasından və Mehmet Şimşəyin (Türkiyə Maliyyə Nazirliyinin yeni rəhbəri – red.) rəhbərliyi altında iqtisadi administrasiyanın həyata keçirəcəyi siyasətdən asılı olmayaraq, bunun Türkiyə-Rusiya münasibətlərinə mənfi təsir göstərəcəyini gözləmirik. Türkiyə-Rusiya münasibətlərinin taleyi qısamüddətli siyasətə qurban verilməyəcək qədər dərin və dəyərlidir. Türkiyədə inflyasiyanın yaratdığı qiymət artımını və xarici valyuta qiymətlərinin qalxması ilə əlaqədar müşahidə ediləcək əlavə qiymət artımını nəzərə alsaq, Türkiyə rusiyalı turistlər üçün bir qədər bahalı olacaq", - agentliyin həmsöhbəti bildirib. Lakin ekspertin fikrincə, avro, dollar və ya funt sterlinq kimi xarici valyutaya malik olan turistlər və xüsusilə avropalı turistlər üçün Türkiyə "ucuz kurort qəsəbəsi"nə çevrilir. "Təəssüf ki, biz həm keyfiyyət, həm də qiymət baxımından çox ucuz kurort qəsəbəsinə çevrilirik", - deyə iqtisadçı qeyd edib. Analitik yay aylarında ölkəyə xarici valyuta axınının artması və enerji idxalının azalması ilə Türkiyənin cari hesabının balansını bərpa etməyi mümkün hesab edir. "Türkiyənin birbaşa investisiyalar vasitəsilə xarici valyutanı cəlb etməsi və bu birbaşa investisiyaların cari hesabın balansını bağlayacaq sektorlarda formalaşması vacibdir. Yeni dövrdə iqtisadiyyat üzrə rəhbərliyin yeritdiyi hər hansı digər siyasət yalnız Türkiyənin qısamüddətli problemlərini həll etməyə kömək edəcək və uzunmüddətli perspektivdə Türkiyə iqtisadiyyatına zərər verəcək", - deyə iqtisadçı fikrini yekunlaşdırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/13/434355545_48:0:2779:2048_1920x0_80_0_0_ac80bc392735496c8485ea840665489f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
lirə, turist, rus turist, türk lirəsi, türkiyə
lirə, turist, rus turist, türk lirəsi, türkiyə
İqtisadçı: Lirə ucuzlaşdığına görə Türkiyə rusiyalı turistlər üçün bahalaşacaq
İqtisadçının fikrincə, avro, dollar və ya funt sterlinq kimi xarici valyutaya malik olan turistlər və xüsusilə avropalı turistlər üçün Türkiyə "ucuz kurort qəsəbəsi"nə çevrilir.
BAKI, 9 iyun — Sputnik. Milli valyutaya (lirəyə) nisbətən xarici valyutanın qiymətinin və məzənnəsinin artması ilə əlaqədar Türkiyə rusiyalı turistlər üçün daha bahalı olacaq.
Bunu iqtisadçı Rəcəb Erçin RİA Novosti-yə bildirib.
Lirə mayın sonundan etibarən dollara nisbətən ucuzlaşır. Bu dövrdə dollar Türkiyə valyutasına nisbətən 16,7% bahalaşıb. Cümə axşamı məzənnə ilk dəfə bir dollar üçün 23,5 lirədən yuxarı qalxıb.
"Xarici valyuta qiymətlərinin artmasından və Mehmet Şimşəyin (Türkiyə Maliyyə Nazirliyinin yeni rəhbəri – red.) rəhbərliyi altında iqtisadi administrasiyanın həyata keçirəcəyi siyasətdən asılı olmayaraq, bunun Türkiyə-Rusiya münasibətlərinə mənfi təsir göstərəcəyini gözləmirik. Türkiyə-Rusiya münasibətlərinin taleyi qısamüddətli siyasətə qurban verilməyəcək qədər dərin və dəyərlidir. Türkiyədə inflyasiyanın yaratdığı qiymət artımını və xarici valyuta qiymətlərinin qalxması ilə əlaqədar müşahidə ediləcək əlavə qiymət artımını nəzərə alsaq, Türkiyə rusiyalı turistlər üçün bir qədər bahalı olacaq", - agentliyin həmsöhbəti bildirib.
Lakin ekspertin fikrincə, avro, dollar və ya funt sterlinq kimi xarici valyutaya malik olan turistlər və xüsusilə avropalı turistlər üçün Türkiyə "ucuz kurort qəsəbəsi"nə çevrilir.
"Təəssüf ki, biz həm keyfiyyət, həm də qiymət baxımından çox ucuz kurort qəsəbəsinə çevrilirik", - deyə iqtisadçı qeyd edib.
Analitik yay aylarında ölkəyə xarici valyuta axınının artması və enerji idxalının azalması ilə Türkiyənin cari hesabının balansını bərpa etməyi mümkün hesab edir.
"Türkiyənin birbaşa investisiyalar vasitəsilə xarici valyutanı cəlb etməsi və bu birbaşa investisiyaların cari hesabın balansını bağlayacaq sektorlarda formalaşması vacibdir. Yeni dövrdə iqtisadiyyat üzrə rəhbərliyin yeritdiyi hər hansı digər siyasət yalnız Türkiyənin qısamüddətli problemlərini həll etməyə kömək edəcək və uzunmüddətli perspektivdə Türkiyə iqtisadiyyatına zərər verəcək", - deyə iqtisadçı fikrini yekunlaşdırıb.