https://sputnik.az/20230609/qenire-pasayeva-azerbaycanda-sonsuz-ailelerin-sayi-coxalir-455754561.html
Qənirə Paşayeva: Azərbaycanda sonsuz ailələrin sayı çoxalır
Qənirə Paşayeva: Azərbaycanda sonsuz ailələrin sayı çoxalır
Sputnik Azərbaycan
Komitə sədri “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul olunmasına ciddi ehtiyacın olduğunu diqqətə çatdırıb. 09.06.2023, Sputnik Azərbaycan
2023-06-09T12:15+0400
2023-06-09T12:15+0400
2023-06-09T12:35+0400
qənirə paşayeva
cəmiyyət
sonsuzluq
sonsuzluq
azərbaycan
bmt
https://cdnn1.img.sputnik.az/img/42022/13/420221326_0:0:2001:1125_1920x0_80_0_0_e416b51828ab63f8517db06d19e7050d.jpg
BAKI, 9 iyun - Sputnik. “Reproduktiv sağlamlıq haqqında” qanunu qəbul etmək lazımdır. Biz nə Səhiyyə Nazirliyi, nə də TƏBİB-lə ortaq razılığa gələ bilmirik. Azərbaycanda sonsuz ailələrin sayı çoxalır. Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib. Q.Paşayeva qeyd edib ki, bu məsələyə görə dağılan ailələrin sayı da artır: “Türkiyədə bununla bağlı qanun var. Belə ki, bu cür ailələr süni mayalandırma ilə bağlı əməliyyat zamanı iki dəfə dövlətdən dəstək ala bilir. Üçüncü əməliyyatın isə yarısı tibbi sığorta vasitəsilə olur, yarısını isə vətəndaş özü ödəyir. Bu əməliyyatlar həddindən artıq bahadır, hətta orta yaşayış səviyyəsinə malik insanlar üçün də bu, çox bahalı əməliyyatdır. Səhiyyə nazirimiz özü də bu məsələnin həllinin tapmasının vacibliyini vurğulayıb. İnanıram ki, yay ərzində bu qanun üzərində işlər gedəcək və mütləq payız sessiyasında bu qanun qəbul olunacaq”. Komitə sədri auitizmli uşaqların sayının artmasına da diqqət çəkib: “Bu uşaqların müalicəsinə uzun müddət lazımdır. Auitizmli övladı olan ailələrə bu istiqamətdə yardım edilməlidir”. Xatırladaq ki, ötən ay Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib ki, Milli Məclisin qarşısında duran vacib məsələlərdən biri tezliklə “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul olunmasıdır. O bildirib ki, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Komitəsinin ölkəmizlə bağlı tövsiyələrində də bu öz əksini tapıb. "Məsələn, nikaha xitam verilmənin əsas səbəblərindən biri də sonsuzluqdur, lakin müasir dünyada hər bir insanı valideyn edə bilən tibbi üsul - süni və ekstrokorporal mayalanma metodu geniş tətbiq olunur ki, qanun layihəsi də məhz, bu tələblər çərçivəsində hazırlanıb (iki dəfə icbari tibbi sığortanın zəmanət paketi hesabına). Daha ciddi problemlər də mövcuddur. Məsələn, bir çox ailələrdə qadınların reproduktiv sağlamlıq hüquqlarının qorunmaması, ailə üzvlərinin istəyinə əsasən, qadının hamiləliyini süni şəkildə dayandırmağa məcbur edilməsi, bəzən də qadının yalnız qız uşaqları dünyaya gətirdiyi üçün tərk edildiyi hallar mütərəqqi müddəalarla zəngin olan bu sənədin qəbulu ilə problemin hüquqi tənzimlənməsini vacib edir. Qanunun əsas özəlliyi də bu problemin həllində ailə planlaşdırmasının əlavə mexanizm kimi təsbit olunmasıdır”, - o qeyd edib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42022/13/420221326_61:0:1834:1330_1920x0_80_0_0_b46bee95a55fa2d37d13cd314a4f9454.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
qənirə paşayeva, sonsuzluq, sonsuzluq, azərbaycan, bmt
qənirə paşayeva, sonsuzluq, sonsuzluq, azərbaycan, bmt
Qənirə Paşayeva: Azərbaycanda sonsuz ailələrin sayı çoxalır
12:15 09.06.2023 (Yenilənib: 12:35 09.06.2023) Komitə sədri “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul olunmasına ciddi ehtiyacın olduğunu diqqətə çatdırıb.
BAKI, 9 iyun - Sputnik. “Reproduktiv sağlamlıq haqqında” qanunu qəbul etmək lazımdır. Biz nə Səhiyyə Nazirliyi, nə də TƏBİB-lə ortaq razılığa gələ bilmirik. Azərbaycanda sonsuz ailələrin sayı çoxalır.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.
Q.Paşayeva qeyd edib ki, bu məsələyə görə dağılan ailələrin sayı da artır: “Türkiyədə bununla bağlı qanun var. Belə ki, bu cür ailələr süni mayalandırma ilə bağlı əməliyyat zamanı iki dəfə dövlətdən dəstək ala bilir. Üçüncü əməliyyatın isə yarısı tibbi sığorta vasitəsilə olur, yarısını isə vətəndaş özü ödəyir. Bu əməliyyatlar həddindən artıq bahadır, hətta orta yaşayış səviyyəsinə malik insanlar üçün də bu, çox bahalı əməliyyatdır. Səhiyyə nazirimiz özü də bu məsələnin həllinin tapmasının vacibliyini vurğulayıb. İnanıram ki, yay ərzində bu qanun üzərində işlər gedəcək və mütləq payız sessiyasında bu qanun qəbul olunacaq”.
Komitə sədri auitizmli uşaqların sayının artmasına da diqqət çəkib: “Bu uşaqların müalicəsinə uzun müddət lazımdır. Auitizmli övladı olan ailələrə bu istiqamətdə yardım edilməlidir”.
Xatırladaq ki, ötən ay Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib ki, Milli Məclisin qarşısında duran vacib məsələlərdən biri tezliklə “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul olunmasıdır.
O bildirib ki, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Komitəsinin ölkəmizlə bağlı tövsiyələrində də bu öz əksini tapıb.
"Məsələn, nikaha xitam verilmənin əsas səbəblərindən biri də sonsuzluqdur, lakin müasir dünyada hər bir insanı valideyn edə bilən tibbi üsul - süni və ekstrokorporal mayalanma metodu geniş tətbiq olunur ki, qanun layihəsi də məhz, bu tələblər çərçivəsində hazırlanıb (iki dəfə icbari tibbi sığortanın zəmanət paketi hesabına). Daha ciddi problemlər də mövcuddur. Məsələn, bir çox ailələrdə qadınların reproduktiv sağlamlıq hüquqlarının qorunmaması, ailə üzvlərinin istəyinə əsasən, qadının hamiləliyini süni şəkildə dayandırmağa məcbur edilməsi, bəzən də qadının yalnız qız uşaqları dünyaya gətirdiyi üçün tərk edildiyi hallar mütərəqqi müddəalarla zəngin olan bu sənədin qəbulu ilə problemin hüquqi tənzimlənməsini vacib edir. Qanunun əsas özəlliyi də bu problemin həllində ailə planlaşdırmasının əlavə mexanizm kimi təsbit olunmasıdır”, - o qeyd edib.