https://sputnik.az/20230609/qaz-qovsagi-layihesi-suretlendirile-biler---menbe-455756697.html
Qaz qovşağı layihəsi sürətləndirilə bilər - Mənbə
Qaz qovşağı layihəsi sürətləndirilə bilər - Mənbə
Sputnik Azərbaycan
Rusiyanın energetika naziri Nikolay Şulqinov jurnalistlərə bildirib ki, Energetika Nazirliyi hazırda Türkiyədə qaz qovşağının yaradılması layihəsinin... 09.06.2023, Sputnik Azərbaycan
2023-06-09T17:20+0400
2023-06-09T17:20+0400
2023-06-09T17:31+0400
qaz
neft-qaz
rusiya
energetika nazirliyi
energetika
energetika naziri
https://cdnn1.img.sputnik.az/img/07e6/03/09/439967652_0:0:3031:1705_1920x0_80_0_0_894c898ca6ce67c7cfdef20da4b951ff.jpg
BAKI, 9 iyun — Sputnik. Türkiyə və Rusiya qaz qovşağı layihəsinin həyata keçirilməsində maraqlıdırlar, ona görə də işlərin sürətlənəcəyini gözləmək olar. Bu barədə cümə günü TASS-a Ankaradakı mənbə Rusiya tərəfinin layihə üzərində işin sürətləndirilməsinin mümkünlüyü ilə bağlı son bəyanatlarını şərh edərkən bildirib. "Qaz qovşağı Türkiyənin yeni Nazirlər Kabinetinin gündəliyinin əsas istiqamətlərindən biridir. Bu önəmlidir. Layihənin icrası bu yaxınlarda Rusiya tərəfinin qeyd etdiyi kimi sürətləndirilə bilər. Türkiyə və Rusiya üçün bu, strateji layihədir və qarşılıqlı faydalıdır. Hər iki ölkədə onu inkişaf etdirmək üçün siyasi iradə var", - mənbə bildirib. Çərşənbə günü Rusiyanın energetika naziri Nikolay Şulqinov jurnalistlərə bildirib ki, Energetika Nazirliyi hazırda Türkiyədə qaz qovşağının yaradılması layihəsinin sürətləndirilməsi üçün münbit şəraitin mövcud olduğuna inanır. Mənbə, layihənin vaxtı ilə bağlı daha dəqiq proqnozlar verməyib: "Görünür ki, bu, iki ölkənin rəhbərliyi səviyyəsində həll olunur. Qovşağın fəaliyyətinin hüquqi şəkildə necə rəsmiləşdirilməsi, ona necə və hansı enerji şirkətlərinin qoşulması, necə bağlanması kimi nüanslar da var. Qarşılıqlı əlaqələri tənzimləyəcəyik. Yəni, ilin sonu yoxsa gələn ilin əvvəli olacağı hələ bəlli deyil". Türkiyə hökumətinin daxili qaz bazarına nəzarəti şəraitində mərkəzin işi aktual məsələlərdəndir. "Rəhbərlik Türkiyəyə qaz verilməsini prinsipial məsələ hesab edir və bu sahə dövlətin nəzarətindən məhrum edilə bilməz. Qovşağın planlaşdırıldığı kimi azad bazarın daxili bazarla necə qarşılıqlı əlaqədə olacağını söyləmək hələ çətindir. Ancaq qeyd etmək lazımdır ki, Türkiyə öz istehlakçılarını təmin etmək üçün qovşağın istifadəyə verilməsini gözləyir. Türkiyə və Rusiya həll yolunu tamağa çalışacaqlar", - həmsöhbət bildirib. Türkiyənin dövlət neft şirkəti TPAO-nun keçmiş baş icraçı direktoru, enerji eksperti Necdet Pamirin TASS-a bildirib ki, daxili qaz bazarına hökumətin nəzarəti fonunda mərkəzin işləməsi məsələsi həqiqətən də əhəmiyyətlidir. "Özəl və sənaye istehlakçılarına subsidiyalar vasitəsilə Türkiyənin qaz bazarına müdaxilə zərurətini nəzərə alsaq, dövlət bundan imtina edə bilməz. Fikrimcə, bir ölkədə dövlət tərəfindən tənzimlənən daxili bazarla azad bazar platformasının, mərkəzin birgə mövcudluğu qeyri-mümkündür, qanunvericilik tədbirləri ilə qərar verilməlidir".. Qaz qovşağı haqqında 2022-ci ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin Türkiyə ərazisində "Şimal axını" ilə itirilmiş tranzit həcminin yönləndirilə biləcəyi qovşağın yaradılması ideyasını irəli sürüb. Onun sözlərinə görə, söhbət daha bir boru kəməri sisteminin qurulmasının mümkünlüyündən və Türkiyədən qazın üçüncü ölkələrə, ilk növbədə Avropa ölkələrinə, əgər onlar buna maraq göstərsələr, onun vasitəsilə nəql olunacaq mərkəzin yaradılması imkanından gedir. Türkiyə tərəfi qeyd edib ki, qovşaq layihəsinin həyata keçirilməsi üçün infrastruktur baxımından demək olar ki, hər şey hazırdır, lakin qanunvericiliyə dəyişiklik etmək lazımdır. İlk qanunvericilik qərarları aprelin əvvəlində qəbul edilib və Türkiyənin neft-qaz şirkəti "Botaş" ("Botaş") və bir sıra digər təchizatçıların fəaliyyətinə aid olub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl hakimiyyətin layihəni həyata keçirmək və bunu "Rusiya ilə birlikdə" etmək niyyətini təsdiqləyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/09/439967652_73:0:2804:2048_1920x0_80_0_0_36cadb986b3d104a6389bac479861ba2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qaz, rusiya, energetika nazirliyi, energetika, energetika naziri
qaz, rusiya, energetika nazirliyi, energetika, energetika naziri
Qaz qovşağı layihəsi sürətləndirilə bilər - Mənbə
17:20 09.06.2023 (Yenilənib: 17:31 09.06.2023) Rusiyanın energetika naziri Nikolay Şulqinov jurnalistlərə bildirib ki, Energetika Nazirliyi hazırda Türkiyədə qaz qovşağının yaradılması layihəsinin sürətləndirilməsi üçün münbit şəraitin mövcud olduğuna inanır.
BAKI, 9 iyun — Sputnik. Türkiyə və Rusiya qaz qovşağı layihəsinin həyata keçirilməsində maraqlıdırlar, ona görə də işlərin sürətlənəcəyini gözləmək olar. Bu barədə cümə günü TASS-a Ankaradakı mənbə Rusiya tərəfinin layihə üzərində işin sürətləndirilməsinin mümkünlüyü ilə bağlı son bəyanatlarını şərh edərkən bildirib.
"Qaz qovşağı Türkiyənin yeni Nazirlər Kabinetinin gündəliyinin əsas istiqamətlərindən biridir. Bu önəmlidir. Layihənin icrası bu yaxınlarda Rusiya tərəfinin qeyd etdiyi kimi sürətləndirilə bilər. Türkiyə və Rusiya üçün bu, strateji layihədir və qarşılıqlı faydalıdır. Hər iki ölkədə onu inkişaf etdirmək üçün siyasi iradə var", - mənbə bildirib.
Çərşənbə günü Rusiyanın energetika naziri Nikolay Şulqinov jurnalistlərə bildirib ki, Energetika Nazirliyi hazırda Türkiyədə qaz qovşağının yaradılması layihəsinin sürətləndirilməsi üçün münbit şəraitin mövcud olduğuna inanır.
Mənbə, layihənin vaxtı ilə bağlı daha dəqiq proqnozlar verməyib: "Görünür ki, bu, iki ölkənin rəhbərliyi səviyyəsində həll olunur. Qovşağın fəaliyyətinin hüquqi şəkildə necə rəsmiləşdirilməsi, ona necə və hansı enerji şirkətlərinin qoşulması, necə bağlanması kimi nüanslar da var. Qarşılıqlı əlaqələri tənzimləyəcəyik. Yəni, ilin sonu yoxsa gələn ilin əvvəli olacağı hələ bəlli deyil".
Türkiyə hökumətinin daxili qaz bazarına nəzarəti şəraitində mərkəzin işi aktual məsələlərdəndir. "Rəhbərlik Türkiyəyə qaz verilməsini prinsipial məsələ hesab edir və bu sahə dövlətin nəzarətindən məhrum edilə bilməz. Qovşağın planlaşdırıldığı kimi azad bazarın daxili bazarla necə qarşılıqlı əlaqədə olacağını söyləmək hələ çətindir. Ancaq qeyd etmək lazımdır ki, Türkiyə öz istehlakçılarını təmin etmək üçün qovşağın istifadəyə verilməsini gözləyir. Türkiyə və Rusiya həll yolunu tamağa çalışacaqlar", - həmsöhbət bildirib.
Türkiyənin dövlət neft şirkəti TPAO-nun keçmiş baş icraçı direktoru, enerji eksperti Necdet Pamirin TASS-a bildirib ki, daxili qaz bazarına hökumətin nəzarəti fonunda mərkəzin işləməsi məsələsi həqiqətən də əhəmiyyətlidir. "Özəl və sənaye istehlakçılarına subsidiyalar vasitəsilə Türkiyənin qaz bazarına müdaxilə zərurətini nəzərə alsaq, dövlət bundan imtina edə bilməz. Fikrimcə, bir ölkədə dövlət tərəfindən tənzimlənən daxili bazarla azad bazar platformasının, mərkəzin birgə mövcudluğu qeyri-mümkündür, qanunvericilik tədbirləri ilə qərar verilməlidir"..
2022-ci ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin Türkiyə ərazisində "Şimal axını" ilə itirilmiş tranzit həcminin yönləndirilə biləcəyi qovşağın yaradılması ideyasını irəli sürüb. Onun sözlərinə görə, söhbət daha bir boru kəməri sisteminin qurulmasının mümkünlüyündən və Türkiyədən qazın üçüncü ölkələrə, ilk növbədə Avropa ölkələrinə, əgər onlar buna maraq göstərsələr, onun vasitəsilə nəql olunacaq mərkəzin yaradılması imkanından gedir.
Türkiyə tərəfi qeyd edib ki, qovşaq layihəsinin həyata keçirilməsi üçün infrastruktur baxımından demək olar ki, hər şey hazırdır, lakin qanunvericiliyə dəyişiklik etmək lazımdır. İlk qanunvericilik qərarları aprelin əvvəlində qəbul edilib və Türkiyənin neft-qaz şirkəti "Botaş" ("Botaş") və bir sıra digər təchizatçıların fəaliyyətinə aid olub.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl hakimiyyətin layihəni həyata keçirmək və bunu "Rusiya ilə birlikdə" etmək niyyətini təsdiqləyib.