https://sputnik.az/20230609/oten-ay-19-ozel-tibb-muessisesinde-noqsanlar-askarlanib-455773976.html
Ötən ay 19 özəl tibb müəssisəsində nöqsanlar aşkarlanıb
Ötən ay 19 özəl tibb müəssisəsində nöqsanlar aşkarlanıb
Sputnik Azərbaycan
Plandankənar yoxlamalar nəzərdə tutulmuş 16 müəssisənin 14-də yoxlamalar aparılıb. 09.06.2023, Sputnik Azərbaycan
2023-06-09T18:28+0400
2023-06-09T18:28+0400
2023-06-09T19:20+0400
səhiyyə
tibb müəssisəsi
tibb müəssisələri
nöqsan
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/1c/425830074_0:312:3000:2000_1920x0_80_0_0_c7a65444f34dcfee4a45e31f06a3ac97.jpg
BAKI, 9 iyun — Sputnik. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən bu ilin may ayı ərzində plan üzrə yoxlamalar siyahısında olan 34 özəl tibb müəssisəsindən 28-də planlı yoxlamalar baş tutub. Bunun nəticəsi olaraq, 19 müəssisədə nöqsanlar aşkarlanıb. Bu barədə Mərkəzdən məlumat verilib. Bildirilib ki, plandankənar yoxlamalar nəzərdə tutulmuş 16 müəssisənin 14-də yoxlamalar aparılıb. Nəticədə, yoxlanılan hər bir özəl tibb müəssisəsində nöqsanlar aşkarlanıb. Aparılan monitorinqlərin nəticəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 210.1, 215.1 və 215.4 maddələrinə əsasən 27 protokol tərtib edilib və icraata göndərilib. Qeyd edilməlidir ki, İXM-in 210.1–ci maddəsinə (lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə) əsasən, fiziki şəxslər 2 000 manatdan 3 000 manatadək, vəzifəli şəxslər 5 000 manatdan 10 000 manatadək, hüquqi şəxslər isə 20 000 manatdan 30 000 manatadək cərimə edilir. İXM-in 215.1-ci maddəsinə görə (tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək cərimə edilir. İXM-in 215.4-cü maddəsinə görə (qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) vəzifəli şəxslər 800 manatdan 1 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək məbləğdə cərimə edilir. Bundan əlavə, 25 özəl tibb müəssisəsinin fəaliyyət ünvanlarında yaradılan şəraitin normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilib, onlardan lisenziya almaq üçün edilən 15 müraciətə müsbət rəy verilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/1c/425830074_333:0:3000:2000_1920x0_80_0_0_16634c5370ecab82cc74ac5b90b97a51.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tibb müəssisəsi, tibb müəssisələri, nöqsan
tibb müəssisəsi, tibb müəssisələri, nöqsan
Ötən ay 19 özəl tibb müəssisəsində nöqsanlar aşkarlanıb
18:28 09.06.2023 (Yenilənib: 19:20 09.06.2023) Plandankənar yoxlamalar nəzərdə tutulmuş 16 müəssisənin 14-də yoxlamalar aparılıb.
BAKI, 9 iyun — Sputnik. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən bu ilin may ayı ərzində plan üzrə yoxlamalar siyahısında olan 34 özəl tibb müəssisəsindən 28-də planlı yoxlamalar baş tutub. Bunun nəticəsi olaraq, 19 müəssisədə nöqsanlar aşkarlanıb.
Bu barədə Mərkəzdən məlumat verilib.
Bildirilib ki, plandankənar yoxlamalar nəzərdə tutulmuş 16 müəssisənin 14-də yoxlamalar aparılıb. Nəticədə, yoxlanılan hər bir özəl tibb müəssisəsində nöqsanlar aşkarlanıb.
Aparılan monitorinqlərin nəticəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 210.1, 215.1 və 215.4 maddələrinə əsasən 27 protokol tərtib edilib və icraata göndərilib.
Qeyd edilməlidir ki, İXM-in 210.1–ci maddəsinə (lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə) əsasən, fiziki şəxslər 2 000 manatdan 3 000 manatadək, vəzifəli şəxslər 5 000 manatdan 10 000 manatadək, hüquqi şəxslər isə 20 000 manatdan 30 000 manatadək cərimə edilir.
İXM-in 215.1-ci maddəsinə görə (tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək cərimə edilir.
İXM-in 215.4-cü maddəsinə görə (qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) vəzifəli şəxslər 800 manatdan 1 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək məbləğdə cərimə edilir.
Bundan əlavə, 25 özəl tibb müəssisəsinin fəaliyyət ünvanlarında yaradılan şəraitin normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilib, onlardan lisenziya almaq üçün edilən 15 müraciətə müsbət rəy verilib.