https://sputnik.az/20230609/ermenistanin-esir-saxladigi-azerbaycanli-esgerin-hebs-muddeti-uzadilib-455778593.html
Ermənistanın əsir saxladığı azərbaycanlı əsgərin həbs müddəti uzadılıb
Ermənistanın əsir saxladığı azərbaycanlı əsgərin həbs müddəti uzadılıb
Sputnik Azərbaycan
Məhkəmə prosesinə jurnalistlərin girişi məhdudlaşdırılıb, proses bağlı qapılar arxasında keçirilib. 09.06.2023, Sputnik Azərbaycan
2023-06-09T23:44+0400
2023-06-09T23:44+0400
2023-06-10T10:22+0400
cəmiyyət
əsir
ermənistan
əsgər
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427888316_0:0:3000:1688_1920x0_80_0_0_cd4a984b97c7954a1f3404a71476f947.jpg
BAKI, 9 iyun - Sputnik. Ermənistan məhkəməsi əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azaraq Ermənistan tərəfə keçən və orada əsir saxlanılan Azərbaycan hərbçisi Hüseyn Axundovun həbs müddətini 3 ay uzadıb.Sputnik Ermənistanın məlumatına görə, məhkəmə prosesinə jurnalistlərin girişi məhdudlaşdırılıb, proses bağlı qapılar arxasında keçirilib.Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.Ermənistan məhkəməsi mayın 8-də Aqşin Bəbirovu 11,5 il müddətinə azadlıqdan məhrum edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427888316_333:0:3000:2000_1920x0_80_0_0_aed74ba1c0bd22fc3c93eb2a8f96dba5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əsir, ermənistan, əsgər
Ermənistanın əsir saxladığı azərbaycanlı əsgərin həbs müddəti uzadılıb
23:44 09.06.2023 (Yenilənib: 10:22 10.06.2023) Məhkəmə prosesinə jurnalistlərin girişi məhdudlaşdırılıb, proses bağlı qapılar arxasında keçirilib.
BAKI, 9 iyun - Sputnik. Ermənistan məhkəməsi əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azaraq Ermənistan tərəfə keçən və orada əsir saxlanılan Azərbaycan hərbçisi Hüseyn Axundovun həbs müddətini 3 ay uzadıb.
Sputnik Ermənistanın məlumatına görə, məhkəmə prosesinə jurnalistlərin girişi məhdudlaşdırılıb, proses bağlı qapılar arxasında keçirilib.
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.
Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.
Ermənistan məhkəməsi mayın 8-də Aqşin Bəbirovu 11,5 il müddətinə azadlıqdan məhrum edib.