https://sputnik.az/20230608/ulduz-almayan-hotellerin-taleyi-nece-olacaq-455723613.html
Ulduz almayan hotellərin taleyi necə olacaq?
Ulduz almayan hotellərin taleyi necə olacaq?
Sputnik Azərbaycan
Azərbaycan Hotellər Assosiasiyasının rəhbəri bildirib ki, son iki il ərzində milli ulduz təsnifatına müraciət etmiş 167 hotelin 100-nün auditi keçirilib və... 08.06.2023, Sputnik Azərbaycan
2023-06-08T15:04+0400
2023-06-08T15:04+0400
2023-06-08T15:04+0400
hotel
cəmiyyət
ulduz
assosiasiya
xidmət
https://cdnn1.img.sputnik.az/img/42253/82/422538282_0:37:2921:1680_1920x0_80_0_0_dcb42f6be9566c6d7c89cf2298498641.jpg
BAKI, 26 may — Sputnik. Hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə qaydası təsdiq edilib. Azərbaycanda müvafiq ulduz dərəcəsinin təyin edilməsi üçün mehmanxana həmin ulduz dərəcəsi üzrə minimal bal toplamalı və məcburi meyarlar üzrə bütün tələblərə uyğun olmalıdır.Bu, Dövlət Turizm Agentliyinin Kollegiyasının təsdiq etdiyi “Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları”nda öz əksini tapıb. Meyarlara əsasən, daha yüksək ulduz dərəcəsinin minimal bal miqdarını toplayan, lakin həmin ulduz dərəcəsinin təyin edilməsi üçün məcburi meyarlara uyğun olmayan mehmanxanaya əlavə olaraq üstünlük (superior) dərəcəsi təyin edilir. Bəs görəsən yeni qaydalar hotelçilik sahəsində nəyi dəyişəcək? Azərbaycan Hotellər Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ulduz kateqoriyası hotellərə sahib olduğu avadanlıq və xidmət çeşidi ilə bazarda öz yerlərini aydın şəkildə müəyyən etməyə kömək edir. Hotelə gələn müştərilər də həmçinin seçdiyi ulduz kateqoriyasına uyğun xidməti aldığı üçün gözləntilər də şəffaf şəkildə qarşılanır.Həmsöhbətimiz deyir ki, xidmət səviyyəsi də bir meyardır:"Biz ulduz təsnifatından əvvəl və sonra hotelləri daima "TrustYou"( beynəlxalq qonaq rəy platforması) platforması vasitəsilə nəzarətdə saxlayırıq. Bu o deməkdir ki, hotellər aldığı ulduz kateqoriyasına uyğun olaraq xidmət göstərib, qonağını məmnun etməlidir. Hər ulduz kateqoriyasının minimal qonaq məmnunluq indeksi var və hotellər ulduz sertifikatını qoruyub saxlamaq üçün bu standartı qorumaqlıdır. Və yaxud olduğundan daha üstün kateqoriyanı əldə etmək istəyən hotel idarəetməsi müvafiq olaraq xidmət səviyyəsini də artırmalıdır ki, minimal tələblərə cavab verə bilsin. Xidmət səviyyəsinin kəskin düşməsi hətta ulduz sertifikatının dondurulması və tamamilə ləğv edilməsi ilə nəticələnə bilər".G.Sağlam onu da bildirib ki, son iki il ərzində milli ulduz təsnifatına müraciət etmiş 167 hotelin 100-nün auditi keçirilib və onlarda 44-ü ulduz sertifikatını əldə edib. "Digər müraciət etmiş hotellərin bir qismi sənədləşmə prosesindədir, bir qisminə isə çatışmazlıqlara aradan qaldırıb yenidən müraciət etmək üçün zaman verilib", - deyə G.Sağlam bildirib.Bəs görəsən, hotellərin qiymətləndirməsi zamanı ulduz ala bilməyənlərin taleyi necə olacaq? Baş icraçı direktor bildirib ki, əgər səbəb cüzidirsə və çatışmazlıqları aradan qaldırmaq üçün qısa müddət kifayət edirsə, hotellərə üç ayadək zaman verilir:"Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar baxış keçirilir. Digər hotellər isə yenidən ulduz təsnifatına müraciət etməlidir". Qeyd edək ki, mehmanxanaların ulduz kateqoriyaları üzrə qiymətləndirilməsi zamanı aşağıdakılar zəruridir: Xatırladaq ki, “Turizm haqqında” qanun layihəsinə əsasən, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hər bir mehmanxana (hotel) fəaliyyətə başladığı tarixdən 6 (altı) ay ərzində ulduz kateqoriyası əldə etməlidir.Mehmanxanaların (hotellərin) ulduz kateqoriyalarının müəyyən edilməsi “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları əsasında həyata keçirilir. Həmçinin qanun layihəsində qeyd olunur, mehmanxanalar (hotellər) ulduz kateqoriyaları barədə məlumatları bu Qanunun 9.1-ci maddəsinə uyğun olaraq müəyyən edildiyi tarixdən 15 (on beş) gün müddətində Reyestrə daxil etməlidirlər. İnzibati Xətalar Məcəlləsinə turizm haqqında qanunvericiliyin pozulması ilə bağlı yeni maddə əlavə edilib. Mehmanxanalar (hotellər) tərəfindən ulduz kateqoriyası müəyyənləşdirilmədən fəaliyyət göstərilməsinə görə iki min manatdan beş min manatadək məbləğdə cərimə müəyyənləşəcək. Məlumat üçün bildirək ki, hotellərə ulduzun verilməsi Azərbaycan Hotellər Assosiasiyası tərəfindən həyata keçirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42253/82/422538282_0:0:2731:2048_1920x0_80_0_0_4f22ff6925ccf11152241c5794d34105.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
hotel, ulduz, assosiasiya, xidmət
hotel, ulduz, assosiasiya, xidmət
Ulduz almayan hotellərin taleyi necə olacaq?
Azərbaycan Hotellər Assosiasiyasının rəhbəri bildirib ki, son iki il ərzində milli ulduz təsnifatına müraciət etmiş 167 hotelin 100-nün auditi keçirilib və onlarda 44-ü ulduz sertifikatını əldə edib.
BAKI, 26 may — Sputnik. Hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə qaydası təsdiq edilib. Azərbaycanda müvafiq ulduz dərəcəsinin təyin edilməsi üçün mehmanxana həmin ulduz dərəcəsi üzrə minimal bal toplamalı və məcburi meyarlar üzrə bütün tələblərə uyğun olmalıdır.
Bu, Dövlət Turizm Agentliyinin Kollegiyasının təsdiq etdiyi “Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları”nda öz əksini tapıb. Meyarlara əsasən, daha yüksək ulduz dərəcəsinin minimal bal miqdarını toplayan, lakin həmin ulduz dərəcəsinin təyin edilməsi üçün məcburi meyarlara uyğun olmayan mehmanxanaya əlavə olaraq üstünlük (superior) dərəcəsi təyin edilir.
Bəs görəsən yeni qaydalar hotelçilik sahəsində nəyi dəyişəcək?
Azərbaycan Hotellər Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ulduz kateqoriyası hotellərə sahib olduğu avadanlıq və xidmət çeşidi ilə bazarda öz yerlərini aydın şəkildə müəyyən etməyə kömək edir. Hotelə gələn müştərilər də həmçinin seçdiyi ulduz kateqoriyasına uyğun xidməti aldığı üçün gözləntilər də şəffaf şəkildə qarşılanır.
Həmsöhbətimiz deyir ki, xidmət səviyyəsi də bir meyardır:
"Biz ulduz təsnifatından əvvəl və sonra hotelləri daima "TrustYou"( beynəlxalq qonaq rəy platforması) platforması vasitəsilə nəzarətdə saxlayırıq. Bu o deməkdir ki, hotellər aldığı ulduz kateqoriyasına uyğun olaraq xidmət göstərib, qonağını məmnun etməlidir. Hər ulduz kateqoriyasının minimal qonaq məmnunluq indeksi var və hotellər ulduz sertifikatını qoruyub saxlamaq üçün bu standartı qorumaqlıdır. Və yaxud olduğundan daha üstün kateqoriyanı əldə etmək istəyən hotel idarəetməsi müvafiq olaraq xidmət səviyyəsini də artırmalıdır ki, minimal tələblərə cavab verə bilsin. Xidmət səviyyəsinin kəskin düşməsi hətta ulduz sertifikatının dondurulması və tamamilə ləğv edilməsi ilə nəticələnə bilər".
G.Sağlam onu da bildirib ki, son iki il ərzində milli ulduz təsnifatına müraciət etmiş 167 hotelin 100-nün auditi keçirilib və onlarda 44-ü ulduz sertifikatını əldə edib.
"Digər müraciət etmiş hotellərin bir qismi sənədləşmə prosesindədir, bir qisminə isə çatışmazlıqlara aradan qaldırıb yenidən müraciət etmək üçün zaman verilib", - deyə G.Sağlam bildirib.
Bəs görəsən, hotellərin qiymətləndirməsi zamanı ulduz ala bilməyənlərin taleyi necə olacaq?
Baş icraçı direktor bildirib ki, əgər səbəb cüzidirsə və çatışmazlıqları aradan qaldırmaq üçün qısa müddət kifayət edirsə, hotellərə üç ayadək zaman verilir:
"Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar baxış keçirilir. Digər hotellər isə yenidən ulduz təsnifatına müraciət etməlidir".
Qeyd edək ki, mehmanxanaların ulduz kateqoriyaları üzrə qiymətləndirilməsi zamanı aşağıdakılar zəruridir:
Meyar üzrə bal mehmanxananın həmin meyar üzrə tələblərə tam uyğunluğu müəyyən edildiyi halda verilir. Meyara qismən uyğunluq müəyyən edildiyi halda həmin meyar üzrə bal verilmir.
Ulduz kateqoriyasının müəyyən edilməsi üçün mehmanxananın yerləşdiyi binada yerində qiymətləndirmə aparılmalı və nəticə aktlaşdırılmalıdır.
Eyni sahibkarlıq subyekti tərəfindən idarə olunan və müxtəlif ünvanlarda eyni ad ilə fəaliyyət göstərən mehmanxanaların hər birinin yerləşdiyi binalarda ayrı-ayrılıqda qiymətləndirmə aparılmalı və sertifikatlaşdırılmalıdır.
Xatırladaq ki, “Turizm haqqında” qanun layihəsinə əsasən, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hər bir mehmanxana (hotel) fəaliyyətə başladığı tarixdən 6 (altı) ay ərzində ulduz kateqoriyası əldə etməlidir.
Mehmanxanaların (hotellərin) ulduz kateqoriyalarının müəyyən edilməsi “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları əsasında həyata keçirilir. Həmçinin qanun layihəsində qeyd olunur, mehmanxanalar (hotellər) ulduz kateqoriyaları barədə məlumatları bu Qanunun 9.1-ci maddəsinə uyğun olaraq müəyyən edildiyi tarixdən 15 (on beş) gün müddətində Reyestrə daxil etməlidirlər.
İnzibati Xətalar Məcəlləsinə turizm haqqında qanunvericiliyin pozulması ilə bağlı yeni maddə əlavə edilib. Mehmanxanalar (hotellər) tərəfindən ulduz kateqoriyası müəyyənləşdirilmədən fəaliyyət göstərilməsinə görə iki min manatdan beş min manatadək məbləğdə cərimə müəyyənləşəcək.
Məlumat üçün bildirək ki, hotellərə ulduzun verilməsi Azərbaycan Hotellər Assosiasiyası tərəfindən həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.