https://sputnik.az/20230608/sahibkarlarin-destek-mexanizmlerinin-ehate-dairesi-genislendirilecek---nazir-muavini-455715309.html
Sahibkarların dəstək mexanizmlərinin əhatə dairəsi genişləndiriləcək - Nazir müavini
Sahibkarların dəstək mexanizmlərinin əhatə dairəsi genişləndiriləcək - Nazir müavini
Sputnik Azərbaycan
Qarabağ regionunun iqtisadi dəyər zəncirinə reinteqrasiyası, Naxçıvan iqtisadi rayonunun potensialının daha yüksək səviyyədə reallaşdırılması qarşıdakı... 08.06.2023, Sputnik Azərbaycan
2023-06-08T22:48+0400
2023-06-08T22:48+0400
2023-06-08T22:48+0400
sahibkar
iqtisadiyyat
qarabağ
rüb
https://cdnn1.img.sputnik.az/img/42375/38/423753801_0:100:1921:1180_1920x0_80_0_0_318f19bd070e99355d7eb31e216ef75c.jpg
BAKI, 8 iyun — Sputnik. Qarşıdakı dövrdə mövcud dövlət dəstək mexanizmlərinin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi, eyni zamanda yerli alətlərin tətbiq edilməsi Azərbaycanda sahibkarlığın inkişafına töhfə verəcək. Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "Heydər Əliyev və Azərbaycan sahibkarlığı" adlı yerli şirkətlərin tanıtım sərgisində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu ilin yanvar-aprel aylarında qeyri neft-qaz sektoru üzrə ÜDM-də 3,1 % artım qeydə alınıb. S.Məmmədov qeyd edib ki, xarici ticarət əlaqələrində müşahidə edilən müsbət dinamika nəticəsində bu ilin 4 ayında ixrac 6,5% artaraq 12 milyard ABŞ dolları təşkil edib:"Qeyri-neft məhsullarının ixracı 21,2% artıb. Bu ilin birinci rübündə qeyri neft-qaz sahəsində investisiya qoyuluşu ötən illə müqayisədə 51,7% artıb".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42375/38/423753801_106:0:1813:1280_1920x0_80_0_0_7e7ffd19011eb2e5b1385f1c2f390000.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sahibkar, qarabağ, rüb
Sahibkarların dəstək mexanizmlərinin əhatə dairəsi genişləndiriləcək - Nazir müavini
Qarabağ regionunun iqtisadi dəyər zəncirinə reinteqrasiyası, Naxçıvan iqtisadi rayonunun potensialının daha yüksək səviyyədə reallaşdırılması qarşıdakı dövrlərdə iqtisadi artıma təkan verəcək.
BAKI, 8 iyun — Sputnik. Qarşıdakı dövrdə mövcud dövlət dəstək mexanizmlərinin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi, eyni zamanda yerli alətlərin tətbiq edilməsi Azərbaycanda sahibkarlığın inkişafına töhfə verəcək.
Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "Heydər Əliyev və Azərbaycan sahibkarlığı" adlı yerli şirkətlərin tanıtım sərgisində çıxışı zamanı deyib.
"Qarabağ regionunun iqtisadi dəyər zəncirinə reinteqrasiyası, Naxçıvan iqtisadi rayonunun potensialının daha yüksək səviyyədə reallaşdırılması qarşıdakı dövrlərdə iqtisadi artıma təkan verəcək. Hər iki istiqamətdə inkişafın təmin olunması ilə dövlət proqramları qəbul edilib. Qarabağda iki sənaye parkı yaradılıb və rezidentlər üçün açıqdır. Azad edilmiş ərazilərin inkişafı ilə bağlı güzəştlər paketi qəbul edilib. Bu da sahibkarların bu bölgələlərə investiya qoyuluşu üçün cəlbedici addımlardır", - nazir müavini bildirib.
Onun sözlərinə görə, bu ilin yanvar-aprel aylarında qeyri neft-qaz sektoru üzrə ÜDM-də 3,1 % artım qeydə alınıb.
S.Məmmədov qeyd edib ki, xarici ticarət əlaqələrində müşahidə edilən müsbət dinamika nəticəsində bu ilin 4 ayında ixrac 6,5% artaraq 12 milyard ABŞ dolları təşkil edib:
"Qeyri-neft məhsullarının ixracı 21,2% artıb. Bu ilin birinci rübündə qeyri neft-qaz sahəsində investisiya qoyuluşu ötən illə müqayisədə 51,7% artıb".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.