https://sputnik.az/20230608/quru-serhedler-bu-tarixde-acila-biler--deputatdan-aciqlama-455728801.html
Quru sərhədlər bu tarixdə açıla bilər -Deputatdan açıqlama
Quru sərhədlər bu tarixdə açıla bilər -Deputatdan açıqlama
Sputnik Azərbaycan
Razi Nurullayevin fikrincə, quru sərhədlərin bağlı olması yanlız pandemiya şəraiti ilə bağlı deyil. 08.06.2023, Sputnik Azərbaycan
2023-06-08T18:15+0400
2023-06-08T18:15+0400
2023-06-08T18:15+0400
sərhəd
cəmiyyət
razi nurullayev
pandemiya
https://cdnn1.img.sputnik.az/img/42269/89/422698936_0:82:3071:1809_1920x0_80_0_0_28c263a26bffc16a3114eef504f9caa7.jpg
BAKI, 8 iyun — Sputnik. "Quru sərhədlərinin açılması ilə bağlı dəqiq tarix deyə bilmərəm. Ancaq Ümumdünya Səhiyyə Təşkilatınının da pandemiyanın bitdiyini elan etdiyinə görə yəqin ki, Nazirlər Kabineti xüsusi pandemiya şəraitinin uzadılması ilə bağlı qərarını dəyişəcək. Ola bilsin ki, iyulun 1-dən sonra quru sərhədləri açılsın". Sputnik Azərbaycan verir ki, bu sözləri millət vəkili Razi Nurullayev Facebook* sosial şəbəkə hesabında qeyd edib. Deputatın fikrincə, quru sərhədlərin bağlı olması yanlız pandemiya şəraiti ilə bağlı deyil: Qeyd edək ki, aprelin 18-dən etibarən Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin Vətənə quru sərhədlə keçməsinə icazə verilib. Xatırladaq ki, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.Qərara əsasən, xüsusi karantin rejiminin müddəti iyulun 1-i saat 06:00-dək uzadılıb. Məlumat üçün əlavə edək ki, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi mayın 1-də başa çatırdı. Məlumat üçün onu da bildirək ki, COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin mart ayından etibarən tətbiq edilir. Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı, Azərbaycanın quru sərhədləri də bağlanıb. Hazırda pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, sərhəd 3 ildir ki, bağlıdır.* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42269/89/422698936_340:0:3071:2048_1920x0_80_0_0_dbd6a6bad4d838d6f889f7a9c5c194ae.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
sərhəd, razi nurullayev, pandemiya
sərhəd, razi nurullayev, pandemiya
Quru sərhədlər bu tarixdə açıla bilər -Deputatdan açıqlama
Razi Nurullayevin fikrincə, quru sərhədlərin bağlı olması yanlız pandemiya şəraiti ilə bağlı deyil.
BAKI, 8 iyun — Sputnik. "Quru sərhədlərinin açılması ilə bağlı dəqiq tarix deyə bilmərəm. Ancaq Ümumdünya Səhiyyə Təşkilatınının da pandemiyanın bitdiyini elan etdiyinə görə yəqin ki, Nazirlər Kabineti xüsusi pandemiya şəraitinin uzadılması ilə bağlı qərarını dəyişəcək. Ola bilsin ki, iyulun 1-dən sonra quru sərhədləri açılsın". Sputnik Azərbaycan verir ki, bu sözləri millət vəkili Razi Nurullayev Facebook* sosial şəbəkə hesabında qeyd edib. Deputatın fikrincə, quru sərhədlərin bağlı olması yanlız pandemiya şəraiti ilə bağlı deyil:
"Artıq virusa yoluxma səviyyəsi çox aşağıdır. Quru sərhədlərin bağlı qalması yanlız bu səbəbdən ola bilməz. Bilirik ki, ölkəmiz hələ də müharibə vəziyyətindən çıxmayıb. Cənub qonşumuzdan Azərbaycana qarşı ciddi təhdidlər var. Bu təhdid şimaldan da gələ bilər. Quru sərhədlərin açıq qalmasının diversantların, Azərbaycanda siyasi sabitliyi pozmaq istəyən, terror aktı törətmək istəyənlərin də ölkəyə gəlişini asanlaşdıra biləcəyi də nəzərə alınırdı. Zənnimcə, Azərbaycan vətəndaşlarının təhlükəsizliyini, dövlətimizin bütövlüyü və suvereliyini qorumaq üçün quru sərhədlərinin bu günə qədər bağlı qalması vacibliyi nəzərə alınırdı. İndi müəyyən yüngüllük yaranıb. Ola bilsin ki, sərhədlər açılsın".
Qeyd edək ki, aprelin 18-dən etibarən Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin Vətənə quru sərhədlə keçməsinə icazə verilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, xüsusi karantin rejiminin müddəti iyulun 1-i saat 06:00-dək uzadılıb. Məlumat üçün əlavə edək ki, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi mayın 1-də başa çatırdı.
Məlumat üçün onu da bildirək ki, COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin mart ayından etibarən tətbiq edilir. Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı, Azərbaycanın quru sərhədləri də bağlanıb. Hazırda pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, sərhəd 3 ildir ki, bağlıdır.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.