CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pasiyentin ölümündə ittiham olunan həkim iş başında - Əlavə açıqlama veriləcək

© Depositphotos.com / SpotmatikphotoXəstəxana, arxiv şəkli
Xəstəxana, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.06.2023
Abunə olmaq
Hadisə barədə məlumat almaq istədiyimizi söylədikdə xəsətəxanadan həkimin hazırda işdə olmadığı bildirilsə də, növbəti dəfə pasiyent kimi müraciət etdikdə onun əməliyyat otağında olduğunu söylədilər.
BAKI, 8 iyun — Sputnik. Bu gün mətbuatda Bakıda fəaliyyət göstərən "Medera Hospital"da plastik əməliyyat etdirən Aygün Abbasova adlı qadının vəfat etdiyi barədə məlumat yayılıb. Vəfat edən qadının "Medera Hospital"da qeydiyyatçı işlədiyi bildirilir.
Məlumata görə, sözügedən qadın bir neçə gün öncə elə həmin klinikada çalışan plastik cərrah Günel Bayramlıya bədən şəkilləndimə əməliyyatı etdirib. Əməliyyatdan sonra qadın dünyasını dəyişb.
Yayılan informasiyalara görə, G.Bayramlı əməliyyatdan sonra pasiyentin səhhəti ilə maraqlanmayıb, ona laqeyd münasibət göstərib.
Sputnik Azərbaycan ölüm hadisəsində ittiham olunan plastik cərrah Günel Bayramlı ilə əlaqə saxlamağa çalışıb.
Hadisə barədə məlumat almaq istədiyimizi söylədikdə xəsətəxanadan həkimin hazırda işdə olmadığı bildirilsə də, növbəti dəfə pasiyent kimi müraciət etdikdə onun əməliyyat otağında olduğunu söylədilər.
Beləcə məlum oldu ki, G.Bayramlı hazırda "Medera Hospital"da işini davam etdirir.
"Medera Hospitalı"ın icraçı direktoru Lalə Babayeva isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yaxın saatlarda baş verən ölüm hadisəsi barədə mətbuata geniş açıqlama veriləcək.
L.Babayeva Günel Bayramlının pasiyentin səhhətinə laqeyd yanaşıldığı barədə ittihamların da həqiqəti əks etdirmədiyini söyləyib.
Xatırladaq ki, Aygün Abbasova ailəli olub, bir qız övladı var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0