https://sputnik.az/20230608/meherrem-eliyev-azerbaycan-serhed-tehlukesizliyine-xususi-onem-verir-455715704.html
Məhərrəm Əliyev: "Azərbaycan sərhəd təhlükəsizliyinə xüsusi önəm verir"
Məhərrəm Əliyev: "Azərbaycan sərhəd təhlükəsizliyinə xüsusi önəm verir"
Sputnik Azərbaycan
Prezidentin köməkçisi Azərbaycanın Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsinə tərəfdar olduğunu vurğulayıb. 08.06.2023, Sputnik Azərbaycan
2023-06-08T13:09+0400
2023-06-08T13:09+0400
2023-06-08T13:09+0400
cəmiyyət
məhərrəm əliyev
prezident
köməkçi
təhlükəsizlik
https://cdnn1.img.sputnik.az/img/42335/37/423353799_0:60:1001:623_1920x0_80_0_0_99472f112a0484dd2286de590a082318.jpg
BAKI, 8 iyun — Sputnik. "Azərbaycan sərhəd təhlükəsizliyi məsələlərinə xüsusi önəm verir". Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclasında deyib. M.Əliyev xatırladıb ki, bu il ölkənin sərhəd təhlükəsizliyinin əsasını qoyan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur. O, Ulu Öndərin Azərbaycanda zabit kadrlarının hazırlanmasında xidmətlərini də qeyd edib. M.Əliyev Azərbaycanın Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsinə tərəfdar olduğunu vurğulayıb:"Bu baxımdan, sərhədlərin qorunması və təhlükəsizliyinin təmin edilməsi, həmçinin bu məsələdə güclərin səfərbər edilməsi vacib əhəmiyyət kəsb edir. Əminəm ki, Şuranın fəaliyyəti bundan sonra da əməkdaşlığımızın daha da gücləndirilməsinə müsbət təsir göstərəcək".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42335/37/423353799_44:0:955:683_1920x0_80_0_0_edf834e12a95eed5d36016ad117ba8c7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məhərrəm əliyev, prezident, köməkçi, təhlükəsizlik
məhərrəm əliyev, prezident, köməkçi, təhlükəsizlik
Məhərrəm Əliyev: "Azərbaycan sərhəd təhlükəsizliyinə xüsusi önəm verir"
Prezidentin köməkçisi Azərbaycanın Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsinə tərəfdar olduğunu vurğulayıb.
BAKI, 8 iyun — Sputnik. "Azərbaycan sərhəd təhlükəsizliyi məsələlərinə xüsusi önəm verir". Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclasında deyib.
M.Əliyev xatırladıb ki, bu il ölkənin sərhəd təhlükəsizliyinin əsasını qoyan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur. O, Ulu Öndərin Azərbaycanda zabit kadrlarının hazırlanmasında xidmətlərini də qeyd edib.
"Azərbaycanda sərhəd təhlükəsizliyinə xüsusi önəm verilir. Müharibə nəticəsində torpaqlarımız azad edilib, ərazi bütövlüyümüz bərpa olunub. Dövlətimizin sərhədlərinin mühafizəsində yeni üsulların tətbiqi istiqamətində işlər aparılır", - Prezidentin köməkçisi bildirib.
M.Əliyev Azərbaycanın Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsinə tərəfdar olduğunu vurğulayıb:
"Bu baxımdan, sərhədlərin qorunması və təhlükəsizliyinin təmin edilməsi, həmçinin bu məsələdə güclərin səfərbər edilməsi vacib əhəmiyyət kəsb edir. Əminəm ki, Şuranın fəaliyyəti bundan sonra da əməkdaşlığımızın daha da gücləndirilməsinə müsbət təsir göstərəcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.