CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cənubi Qafqazda gender əsaslı cins seçimi problemi müzakirə olunacaq

© Sputnik / Murad OrujovBakıda insanlar
Bakıda insanlar - Sputnik Azərbaycan, 1920, 08.06.2023
Abunə olmaq
Üç günlük təlimdə "Gender əsaslı cins seçimi və bunun kökündə dayanan səbəblər", "Sosial normalar", "Milli qanunvericilik və dövlət siyasətinin gender aspektinin qiymətləndirilməsi", "Türkiyə və Azərbaycan nümunələri" və digər vacib məsələlərə toxunulacaq.
BAKI, 8 iyun — Sputnik. BMT-nin Əhali Fondu tərəfindən Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli vərdişlərin aradan qaldırılması üçün Azərbaycan mediasında gender həssaslığının artırılması üzrə II təlim baş tutacaq.
Üç günlük təlimdə "Gender əsaslı cins seçimi və bunun kökündə dayanan səbəblər", "Sosial normalar", "Milli qanunvericilik və dövlət siyasətinin gender aspektinin qiymətləndirilməsi", "Türkiyə və Azərbaycan nümunələri", "Gender əsaslı zorakılqıla (GƏZ) bağlı xəbər dili", "Zərərçəkənlərlə söhbətin xüsusiyyətləri", "Sosial mediada kiberbullinq", "Yayılan xəbərlərin təhlili" mövzuları müzakirə olunacaq.
Təlimçi qismində gender məsələləri üzrə ekspert Aynur Veysəlova, gender üzrə müstəqil mütəxəssis Xalisə Şahverdi, Türkiyə təcrübəsindən danışacaq media üzrə ekspert Yıldız Derya, Birincioğlu VuralAyşe Karabat çıxış edərək iştirakçıları daha ətraflı məlumatlandıracaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0