Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bu il Bakı məktəblərindən nə qədər məzun olacaq? - Rəsmi açıqlama

© Sputnik / Murad OrujovBakının 53 nömrəli məktəbində məzunların "Son zəng"i, arxiv şəkli
Bakının 53 nömrəli məktəbində məzunların Son zəngi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.06.2023
Abunə olmaq
İdarədən verilən açıqlamaya görə, bu il paytaxtda 45 108 nəfər isə I sinfi başa vurur.
BAKI, 8 iyun — Sputnik. Cari tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 40 016, XI siniflərini 26 453, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 144 nəfər bitirir.
BŞTİ-dən Sputnik Azərbaycan-a bildirilib ki, həmçinin paytaxtda 45 108 nəfər I sinfi başa vurur.
Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 482 132 şagird təhsil alır.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 28 410 müəllim fəaliyyət göstərir.
2022-2023-cü tədris ilində paytaxt üzrə 282 ümumi təhsil məktəbində fəaliyyət göstərən 976 məktəbəhazırlıq qrupuna 22 902 uşaq cəlb olunub.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 336 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0